Gündəm
BƏƏ-nin "VPS Healthcare" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkətinin direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. "VPS Healthcare" şirkətinin fəaliyyəti barədə məlumat verən Şəmşir Vayalil ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanları qeyd edib. Sonra "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
"Bu şəxsən Sarkisyanın üzünə şillədir" - İrəvanda aksiya
İrəvanda Belarus səfirliyinin qarşısında aksiya keçirilib. Belarusun Ermənistandakı səfirliyi qarşısında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçirilib. Aksiyanı müxalif Yolk (Çıxış) seçki bloku təşkil edib.
Azərbaycan hökuməti Lapşinin ekstradisiyası ilə bütün dünyaya mesaj verdi
"Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya "Azərbaycan ərazisinə icazəsiz gələn istənilən şəxsi belə bir aqibət gözləyir" mesajinı çatdırır".
Belarus o halda Lapşini Azərbaycana verməzdi ki...
Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarusda saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi qanunlar çərçivəsində həyata keçirilib.
Kosmosda kosmik gəminin pəncərəsinə TOP ÇIRPILDI
"Challenger" gəmisi partlayan vaxt kosmosa atılan futbol topu 30 il sonra Beynəlxalq Kosmik Stansiyanın şüşəsinə çırpılıb.
Lapşin əməllərinə görə məhkəmə qarşısında cavab verəcək
"Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq normalarına uyğundur".
Gecə yatmazdan əvvəl, 1 stəkan suya, 1 ədəd xurma qoyub gözləyin və möcüzəyə şahid olun!
Bu alət qırışları aradan qaldırır və dərini cavanlaşdırır! Gecə yatmazdan əvvəl, 1 stəkan suya, 1 ədəd xurma qoyub gözləyin və möcüzəyə şahid olun! Şişkinliyin(ödem) dərmanı xurma suyu
Lapşinin ekstradisiyası Azərbaycanın qətiyyətini göstərir
“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması kifayət qədər diqqəti cəlb edən və əhəmiyyətli bir hadisədir”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Elnur Hüseynzadə sadəcə mülki şəxs kimi sərhədi keçib
“İlk növbədə deyim ki, Elnur Hüseynzadə Ermənistan tərəfinə keçərkən hərbçi olmayıb. O mülki şəxs statusundadır. Çox təəssüf ki, bizim bir sıra mətbuat vasitələrimiz, media nümayəndələri Elnuru Azərbaycan ordusunun hərbçisi kimi təqdim etmişdi. Bu da çox ciddi problemlərlə qarşılandı”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Elnur Hüseynzadənin azad olunmasına çalışacayıq
“Ümumiyyətlə bizlər düşmənin təxribat xarakterli informasiyalarına istinad etməməliyik və ona əsaslanmamalıyıq, onu yaymamalıyıq. Biz informasiyalarda Azərbaycanın müvafiq qurumlarının informasiya mənbələrinə istinad etməliyik”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Lapşin kimi psevdopatriotlar separatizmə, millətlərarası ədavətə rəvac verirlər
“Azərbaycan qanunlarına hörmətsizlik göstərən, bir müddət özünü çox yekəxana və lovğa aparan Aleksandr Lapşinin Azərbaycana gətirilməsi çox ciddi hadisədir. Çünki, A.Lapşin kimi psevdopatriotlar dünyada separatizmə, millətlərarası ədavətə rəvac verirlər. Yəqin ki, Lapşinin özü və ona dəstək verən erməni-rus dostları Bakıya gətirilərkən hava limanında onun miskin baxışlarını ömürlərinin sonlarına kimi unutmayacaqlar”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Millət vəkili: "Ermənistan öz xalqına hörmət etməyən rejimin əlindədir"
“Ermənistan artıq öz xalqına hörmət etməyən rejimin əlindədir. Çünki Ermənistanın keçmiş baş naziri ifadə edir ki, Metsamor AES Azərbaycan və Türkiyəyə qarşı onların əlində silahdır. Düzdür, orada partlayış olsa Azərbaycan və Türkiyə zərər çəkəcək, lakin bu, ilk olaraq Ermənistan əhalisinə böyük ziyan vuracaq. Belə bir mövqe göstərir ki, düşmən ölkədə mövcud olan rejim öz əhalisinə qarşı bivec və Rusiyanın istəyinə uyğun davranır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.
İŞİD Mosuldan qaçmağa çalışan 45 dinc sakini güllələdi
İŞİD terror qruplaşmasının döyüşçüləri bir həftə ərzində İraqın Mosul şəhərinin qərb hissəsini tərk etməyə çalışan 45 dinc sakini güllələyib.
12 ay sarıkökdən istifadə etdi, Nəticə MÖHTƏŞƏM! Heç bir xəstəliyi qalmadı.
SaqlamHeyat.az xarici mətbuata istinadən bildir ki, sarıkökün kimyəvi tərkibinə nəzər salsaq, görərik ki,o, fosfor, dəmir, yod və kalsium ilə, C, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Üstəlik, sarıkök antibiotik təsiri göstərir. Təbii antibiotiklərinsə sintetiklərdən fərqli olaraq, orqanizmə zərər vurmadığı bəllidir. Sarıkökün tərkibindəki efir yağı isə antioksidant rolunu oynayaraq, orqanizmi cavanlaşdırır və müxtəlif şişlərdən qoruyur.














