Gündəm

Əlizadə qardaşlarını kimlər danışdırır?

14 Fevral 2017 14:56

Əlizadə qardaşları yenə öz amplualarındadır. Bu dəfə də Əlizadə qardaşlarının hədəfi türkçülükdür. Türk millətinə nifrət hissləri ilə seçilən qardaşlar mütəmadi olaraq mətbuata verdikləri müsahibələrlə bunu açıq şəkikldə ortaya qoyurlar.

Şəbəkələşmiş iftiraçılar ifşa olundu!

14 Fevral 2017 14:54

Ermənilər, ermənilərə xidmət edən daxili və xarici ermənipərəst və anti-Azərbaycan qüvvələr Azərbaycana zərbə vurmaq məqsədi ilə bir neçə aydan bəri yerli və beynəlxalq mətbuatda mənə və həmkarıma kobudcasına qeyri-etik hücumlar edərək böhtan, iftira və şər atırlar.

Ziya Məmmədovun sabiq müşaviri məhkəmədə ifadə verib

14 Fevral 2017 14:49

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 2017-ci il üçün iş planı təsdiq edilib

14 Fevral 2017 14:46

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib. İclasın gündəliyində Komissiyanın təşkilati məsələlərinin, o cümlədən 2017-ci il üçün iş planının, reqlamentinin, embleminin və üzvlük vəsiqəsi formasının layihələrinin müzakirəsi yer alıb. 

Ukrayna ordusu separatçıların silah zavodunu partlatdı

14 Fevral 2017 14:44

Ukraynanın Donetsk şəhərindəki kimya zavodu artilleriya atəşi ilə partladılıb. Bu haqda “Donetsk Xalq Respublikası” separatçı qurumun “Müdafiə Nazirliyi”nin nümayəndəsi bildirib.

Gürcüstan patriarxını zəhərləmək istəyiblər?

14 Fevral 2017 14:35

Gürcüstanda prokurorlar ölkənin ali din xadimlərindən birinə qarşı qətlə cəhd ittihamı irəli sürərək onun Gürcüstandan çıxmasına mane olublar.

Ermənistan: 2 aprel parlament seçkiləri nə vəd edir?

14 Fevral 2017 14:33

Yeni Ermənistan konstitusiyasına əsasən, aprelin 2-də keçiriləcəyi gözlənilən parlament seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur.

İş adamı on gündür oğluna toy edir, bütün sənət əhli məclisdədir — Azərbaycanda

14 Fevral 2017 14:30

Məclisə Azərbaycanın tanınmış sənət adamları dəvət olunub. Məclisin idarəçiliyi isə tanınmış tamada Pünhan İsmayıllıya həvalə edilib. 

Rusiyada yenə içkidən zəhərlənmə - 3 ölü

14 Fevral 2017 14:29

Rusiyanın Amur ətrafı vilyətində 3 nəfər spirt tərkibli mRusiyanın Amur ətrafı vilyətində 3 nəfər spirt tərkibli metanol içdikdən sonra dünyasını dəyişib. Vilayətin Skovorodin xəsətəxanasından verilən məlumata görə, fevralın 11-də 1973 və 1967-ci il təvəllüdlü iki nəfər şəxs koma vəziyyətində xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onları həyata qaytarmaq mümkün olmayıb.

Bir əsr "sevirəm" demədən sevmək - 103 və 100 yaşlı iki sevgili - VİDEO - FOTO

14 Fevral 2017 14:25

78 ildir evli olan yaşlı ər-arvad belə uzun müddətdə bircə dəfə də "sevirəm" demədən xoşbəxt ailə olmağın sirlərini paylaşıblar. ABŞ-ın Los-Anceles şəhərində yaşayan Morri və Betti Markofflar 78 il əvvəl evləniblər.

"Şapekoense" qəzasında yaralıları xilas edən yeniyetmə mükafatlandırıldı

14 Fevral 2017 14:22

Ötən il noyabrın 28-də Braziliyanın "Şapekoense" qəzasında yaralıları xilas edən yeniyetmə mükafatlandırıldı. Klubun nümayəndələrinin də yer aldığı təyyarə qəzası zamanı hadisə yerinə ilk gələnlərdən olan Yohan Ramiresə ev hədiyyə olunub.

Ermənilərin növbəti yalanı - "Ermənistana güzəştə getməyəcəyik" - VİDEO - FOTO

14 Fevral 2017 14:21

Ermənistanın Gürcüstan ilə yaxın münasibətlər qurması zəruri olduğu halda, son 20 ildə iki ölkə arasında əlaqələr o qədər də inkişaf etməyib. Bunun bir çox səbəbləri var.

“İraq türkmənləri Xocalı soyqırımını Ankarada andılar”

14 Fevral 2017 14:15

Fevral ayının 11-də “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin qərargahında Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olundu. Bu hakda saytımıza tədbirin təşəbbüsçüsü tarixçi Cavid Mövsümlü bildirib. “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin” təşkilatçılığı ilə gerçəkləşən “Xocalı Soyqırımının” anma proqramında Ankarada yaşayan İraq Türkmənləri, Azərbaycanlılar, Türkiyəlilər, fərqli təşkilat və mətbuat təmsilçiləri iştirak edirdilər. Konfrans Xocalı soyqırımı və bütün Türkmən, Azərbaycan, Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilərək, fatihə oxunması ilə başlandı. Daha sonra qonaqlara Xocalı Soyqırımını anlatan qısa-metrajlı film izlədildi.

Düşmənə qarşı adekvat cavab tədbirləri görülüb

14 Fevral 2017 14:13

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan  silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

14 Fevral 2017 14:09

Təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfir Takahaşi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını qeyd edib. Nazir səfirə fəaliyyəti ərzində iki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Görüş zamanı, həmçinin Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafı məsələləri müzakirə olunub