Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfir Takahaşi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını qeyd edib. Nazir səfirə fəaliyyəti ərzində iki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Görüş zamanı, həmçinin Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafı məsələləri müzakirə olunub
14 Fevral 2017 14:09 SosialTəhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfir Takahaşi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını qeyd edib. Nazir səfirə fəaliyyəti ərzində iki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Görüş zamanı, həmçinin Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafı məsələləri müzakirə olunub