Gündəm

Moskva dövlət büdcəsinə böyük həcmdə vəsait ödəyir

14 Fevral 2017 15:41

Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ölkə büdcəsinin formalaşmasında fəal iştirak edir. “Olaylar” xəbər verir ki, RF paytaxtı dövlət büdcəsinə böyük həcmdə vəsait ödəyir. Məlum olduğu kimi ölkənin vahid büdcə təsnifatına əsasən büdcə gəlirləri vergilərdən daxilolmalar,sosial ayırmalar və digər gəlirlərə bölünür.  Digər gəlirlərə isə icarə haqqı, kreditlə üzrə daxlolmalar və cərimələr daxildir.  Bu faktlar deməyə əsas verir ki, paytaxt Moskvanın dövlət büdcəsinə vəsait ödəməsi üçün kifayət qədər gəlir mənbələri var.

Moldovanın  Sığorta Kassası Azərbaycanın elektron texnologiyalar əsasında qurulmuş əmək və sosial müdafiə sistemini öyrənir

14 Fevral 2017 15:37

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri sahəsində təcrübəsini öyrənmək üçün Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə ölkəmizdə əldə olunmuş maqkroiqtisadi sabitliyin və inkişaf dinamikasının dünya maliyyə böhranının dərinləşdiyi son illərdə də qorunub saxlandığını diqqətə çatdırıb.

İdarəedilmənin təkmilləşdirilməsi istiqamətində müsbət addım

14 Fevral 2017 15:27

Artıq xeyli müddətdir ki, ölkədə köklü şəkildə islahatların həyata keçirilməsinə start verilib. Ötən müddət ərzində xüsusilə idarəetmə sahəsində həyata keçirilən islahatlar dövlət büdcəsindən əlavə xərclərin ayrılmasının qarşısını aldı ki, bu da hazırkı iqtisadi çətinlik dövründə mühüm əhəmiyyət kəsb edirdi. Ötən gün isə daha bir islahat reallaşdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Sərəncamda da qeyd olunurdu ki, sözügedən islahat Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi daşıyır.

Köklü islahatların anonsu

14 Fevral 2017 15:26

2015-ci ilin sonlarından qlobal səviyyədə baş verən iqtisadi və maliyyə problemləri hər bir ölkədə siyasi, iqtisadi, xüsusilə də idarəetmə sahəsində islahatların həyata keçirilməsini zərurətə çevirdi.

“Bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır”

14 Fevral 2017 15:21

Olaylar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov çıxış edib. S.novruzov qeyd edib ki, kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür: “Dünya praktikasında da belə təcrübələr var. Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətlərinin istiqamətləndirilməməsi üçün tövsiyyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alveriylə məşğul olmalıdır. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bəl\ədiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır”.

Aqşin Babayev -  “Səhnə. Ekran. Efir”.

14 Fevral 2017 15:20

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ADMİU-nun professoru, yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı “Şərq-Qərb” nəşriyyat evində işıq üzü görüb. Universitetdən “Olaylar”– a verilən xəbərə əsasən, Aqşin Babayevin yeni kitabında müəllifin 17 pyesi çap olunub. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş etdirilib, Azərbaycan televiziyası və radiosunun qızıl fonduna saxlanılır. Nəşrin redaktoru görkəmli dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlidi.

Bilik Fondu uşaqlara və gənclərə kitab hədiyyə etdi

14 Fevral 2017 15:19

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama günü (İnternational Book Giving Day) münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirib.

Kiş-Alban məbədində Azərbaycan multikulturalizmi

14 Fevral 2017 15:18

Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.

Milli Məclis Fransua Ollanda etiraz etdi

14 Fevral 2017 15:16

Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda cari məslələr üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məslələri qaldırıblar. Millət vəkili,  ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir: “Fransa prezidenti erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməyin əsas prinsip olduğunu bildirib. 

Hüquqşünas: Prezidentin son sərəncamı cəza siyasətinin humanistləşdirilməsində mühüm addımdır

14 Fevral 2017 15:14

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı bu sahədəki problemlərin həlli yolunda mühüm addımdır.

40-dan artıq şəxs ömürlük "yatacaq"

14 Fevral 2017 15:12

Ötən il İstanbul aeroportunda terror hadisəsi törətməkdə ittiham olunan 40-dan artıq şəxsi ömürlük həbs cəzası gözləyir.

Ankara-Moskva münasibətlərinin gərginləşməsi kimlərə sərf edir?

14 Fevral 2017 15:08

Türkiyə-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə edilməkdədir. Bu dəfə də Ankara-Moskva münasibətlərin sərinləşməsinə səbəb olan amil Suriya məsələsidir. Belə ki, Rusiyaya məxsus təyyarələrin Suriyada, daha dəqiq desək Əl Babda Türkiyə hərbi qüvvələrinə məxsus texnika və canlı qüvvəni vurması Ankarada ciddi narahatçılıq doğururb. Digər tərəfdən Rusiyanın ciddi cəhdlə Əsədi müdafiə etməsi və onun tərəfdarlarına hərbi dəstək verməsi də Türkiyədə etiraz doğururb.

Kimsəsizlər adası və heç kimlik vals...

14 Fevral 2017 15:03

Bir kimsəsiz ada vardı. Bu adanın sakinləri ya yerli-dibli olmamışdılar, ya da sonradan hansısa faciəvi möcüzə nəticəsində yox olmuşdular...

"Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi"

14 Fevral 2017 15:01

İnsanın həyatda qalması üçün ən vacib olan təbii vasitələrdən biri də sudur. Təsadüfi deyil ki, həyat mənbəyi kimi xarakterizə edilən su havadan sonra insan varlığı üçün ikinci əhəmiyyətli amil hesab olunur. Canlıların orqanizminin 50-70 faizinin sudan təşkil olunduğunu nəzərə alsaq, onun nə qədər qiymətli, canlı aləm üçün vacib əhəmiyyət kəsb etdiyinin fərqinə vararıq. Bu da bir həqiqətdir ki, bu gün dünyanın 71 faizinin sudan ibarət olmasına baxmayaraq əksər ölkələr içməli su problemindən əziyyət çəkir. Etiraf etmək lazımdır ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da müəyyən mənada içməli su problemi mövcuddur. Amma müvafiq qurumlar da öz növbəsində ölkə əhalisinin içməli suya olan tələbatının tam mənada ödənilməsi istiqamətində zaman-zaman məqsədyönlü tədbirlər həyata keçirirlər. İçməli suya olan tələbatın artmasını, şirin su çatışmamazlığını şərtləndirən başlıca amillərdən biri də əhali sayında baş verən artım tendensiyasıdır. Əhali sayında artım dinamikası baş verdikcə içməli suya olan tələbat da artmağa və alternativ su mənbələrinin axtarılıb tapılmasına daha çox zərurət yaranır. Necə ki, bir əsr bundan əvvəl paytaxt Bakıya Şollar suyunun çəkilməsi zərurəti məhz əhali sayının artması və içməli suya olan tələbatın tam ödənilə bilməməsindən meydana gəlmişdi.

Bir daha məhəbbət haqqında

14 Fevral 2017 14:59

Dünyaca yaşı olan məhəbbət dünyanın özü kimi nə qocalar, nə köhnələr. Kainatda dünya adlı məkandan gəlib-gedənlərin ömrü az, sayı çoxdur. Hərə bir dövrdə öz ömür payını yaşasa da, müxtəlif dillərdə danışıb paylaşsa da, hamını birləşdirən ümumi dil var – MƏHƏBBƏT! Sevənlər üçün dil, din, irq, yaş fərqi heç vaxt aşılmaz sədd olmayıb. Məhəbbət kor olar, deyiblər.