Gündəm
Neft Daşları yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançada 2685 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1145-1140 metr intervaldan sutkalıq 12 ton neft və 1600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib
Bu yaxınlarda metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Rusiyanın “Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi” MMC-nin istehsalı olan dartı modullu “MTK-3-004” motovozu 185 at gücünə, “MT-1-005K” tipli turbodizelli təsərrüfat qatarı isə 270 at gücünə malikdir.
Buludlu hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
ABŞ-ın yadplanetlilərlə bağlı 70 illik SİRRİ: sən demə...
ABŞ-ın 33-cü prezidenti Harri Truman 1947-ci ildə "Majestic 12" adlı təşkilat yaratdı. Tam məxfi olan təşkilata elm adamları, hərbçilər və dövlət rəsmiləri daxil idi.
İspaniya Kubokunun finalı Madriddə keçiriləcək
İspaniya Kuboku finalının keçiriləcəyi məkan məlum olub. "Barselona" - "Alaves" qarşılaşması "Vicente Calderon" stadionunda baş tutacaq. 54907 tamaşaçı tutumuna malik arenada 1966-cı ildən "Atletiko Madrid" klubu ev oyunlarını keçirir. Daha öncə "Real" rəhbərliyi final qarşılaşmasının "Santiago Bernabeu"da keçirilməsinə qarşı çıxmışdı. Goal.az
Formula 1 biletləri yeni qiymətə təklif olunur
Bakı Şəhər Halqası Sevgililər Günü münasibətilə yeni kampaniyaya start verib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, "Birini alana, o biri yarı qiymətə" şüarı altında keçirilən kampaniya çərçivəsində azarkeşlərə 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq Formula 1 həvəskarlarını yeni hədiyyələr gözləyir.
"Reina terroru"nun təşkilatçısı tutuldu - Türk əsilli Fransa vətəndaşı
Yeni il gecəsi İstanbulda "Reina" əyləncə klubuna terror hücumunu planlaşdıran türk əsilli Fransa vətəndaşı A.S. saxlanılıb.
Arif Rəhimzadə etiraz etdi
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz edib.
Nazir vətəndaşları qəbul edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Olaylar” – a bildirir ki, nazir Hüseyn Bağırov 23 fevral 2017-ci il tarixində saat 10:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
1,8 milyon britaniyalı Trampa "Buraya səfər etmə" dedi
Böyük Britaniyada hökumət başçısı Tereza Mey ABŞ prezidenti Donald Trampın ölkəyə səfərinin ləğv edilməsi üçün aparılan petisiyanı formal şəkildə ləğv edib.
Qurbanlarının evinə gedib, səmimi şəkillər çəkdirən Arzu tutuldu
Türkiyədə dələduzluqla məşğul olan qadın tutulub. Bursada dələduzluqla məşğul olan Arzu adlı qadın saxlanılıb. 38 yaşlı Arzu müxtəlif yollarla onlarla insana 13 milyon lirə pul "atıb". Onun evindən çoxlu parik tapılıb. Məlum olub ki, Arzu aldatdığı insanlar tanımasınlar deyə parikdən istifadə edib. O, evinə getdiyi şəxslərlə yaxınlıq edib, onlarla səmimi şəkillər çəkdirib.
Özbəkistan portalı Azərbaycana turist axını ilə bağlı məqalə hazırlayıb
Daşkənddəki kultura.uz portalı Azərbaycana turist axını ilə bağlı rus dilində material verib.
Tarif Şurası: Manat iki il əvvəlki səviyyədə olsaydı, dərmanlar indikindən ikiqat ucuz olardı
Tarif Şurası mətbuatda dərman vasitələri bazarında "qıtlıq" müşahidə edildiyi, qiymətlərin "günbəgün bahalaşdığı" barədə periodik şəkildə məlumatların dərc olunmasına münasibət bildirib.
24 saat vaxt verildi: HAMISI ÖLDÜRÜLƏCƏK! - VİDEO
İraqda “Haşdi Şabi” şiə təşkilatının nəzarətində olan xristian ərəblər Mosuldakı sünni ərəblərə 24 saat vaxt verib.
"Ronaldunun baxışlarını seyr edəcəm"
"Napoli"nin qapıçısı Pepe Reyna maraqlı açıqlaması ilə diqqət çəkib. İspaniyalı qapıçı Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real"la baş tutacaq görüşlərdə Kriştianu Ronaldu ilə duelə hazırdır.














