1,8 milyon britaniyalı Trampa "Buraya səfər etmə" dedi
Böyük Britaniyada hökumət başçısı Tereza Mey ABŞ prezidenti Donald Trampın ölkəyə səfərinin ləğv edilməsi üçün aparılan petisiyanı formal şəkildə ləğv edib.
14 Fevral 2017 13:45 DünyaBöyük Britaniyada hökumət başçısı Tereza Mey ABŞ prezidenti Donald Trampın ölkəyə səfərinin ləğv edilməsi üçün aparılan petisiyanı formal şəkildə ləğv edib. Hökumət başçısı bəyan edib ki, Trampa ölkəyə səfər etməyə izn verilməlidir və onun səfərini səbirsizliklə gözləyirlər. Hökumət bildirib ki, petisiyada qoyulmuş çoxsaylı imzaları anlayır, lakin petisiyanı dəstəkləmir.
Qeyd edək ki, həmin pertisiya fevralın 20-də Britaniya Parlamentində müzakirə olunacaq. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31