Arif Rəhimzadə etiraz etdi
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz edib.
14 Fevral 2017 13:49 SosialMilli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz edib.
Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında məruzə ilə təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu deyib. Millət vəkili qeyd edib ki, həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb: "Belə olmaz. Bəs Komitə iclasını niyə keçiririk? Ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, işlərin səmərəliliyi daha artırmalıdır".
Qeyd edək ki, Milli Məclisin iclasında Vilayət Zahirov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın" 2016-cı il üçün məruzəsini təqdim edib.