Gündəm

İnkassatorlara hücum oldu: Ölən var

14 Fevral 2017 13:15

Moskvada naməlum şəxslər inkassatorlara hücum ediblər. Hadisə Rimski-Korsakov küçəsində baş verib. 

Şərq Ədəbiyyatı İncisi - "MARİFETNAME"

14 Fevral 2017 13:10

Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda saxlanılan dəyərli kitablardan biri də XVlll əsrdə yaşamış Türk İslam kültürünün Osmanlıdakı son nümayəndələrindən sayılan, mütəfəkkir Hasankale İbrahim Hakkı Həzrətlərinin “Marifetname” kitabıdır. Kitabın 1757-ci ildə qələmə alındığı bilinir. Kitab iki cildə toplanan vərəq formasında təxminən 600-dən çox əlyazmadan ibarətdi və soyundan olan nəvələri tərəfindən Tilloda (Siirt şəhəri) mühafizə edilməkdədi.

Cövdət Hacıyev və Tofiq Quliyev anılacaq

14 Fevral 2017 13:09

2017-ci il Azərbaycan musiqi incəsənətinin iki görkəmli nümayəndəsinin - tanınmış bəstəkar, musiqi-ictimai xadim və pedaqoq, Respublikanın Xalq artisti, iri simfonik əsərlərin yaradıcısı Cövdət Hacıyevin və gözəl bəstəkar, musiqi-ictimai xadim, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, unudulmaz mahnıların və kino musiqisinin müəllifi Tofiq Quliyevin anadan olmasının100 ili tamam olur.

Mərkəzi Elmi  Kitabxanadan-  AKSİYA

14 Fevral 2017 13:06

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının kitab hədiyyə aksiyası davam edir. Milli Kitabxanadan “Olaylar” – a bildirilib ki, kitabxana öz mübadilə fondundan Bakı Slavyan Universitetinə və Azərbaycan Milli Konservatoriyasına öz seçimlərinə uyğun olaraq kitablar hədiyyə edib.

Xırdalan və Qazaxın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

14 Fevral 2017 13:04

Cari il də Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov verib.

“Milli satqınlara qarşı sərt olmalıyıq”

14 Fevral 2017 13:03

Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, Azərbaycana qarşı erməni təxribatı davam edir: “Ermənistan daxilində iqtisadi tənəzzül və siyasi qarşıdurma baş verir. Bu ölkənin cinayətkar rejimi cəmiyyətin diqqətini bundan yayındırmaq üçün cəbhə bölgəsində təxribata əl atır, prosesləri bölgəyə daşıyır.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə yeni üzv seçilib

14 Fevral 2017 13:02

Olaylar.az xəbər verir ki, bu haqda Milli Məclisin plenar iclasında məlumat verilib. Qərara əsasən, millət vəkili Jalə Əliyeva MM-inƏmək və Sosial Siyasət Komitəsinin üzvü seçilib.

Səməd Seyidzadə Jirinovskiyə rus dilində səsləndi

14 Fevral 2017 12:56

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında Rusiyaq Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin bəyanatına münasibət bildirən millət vəkili Səməd Seyidzadə deyib.

Azay Quliyevdən Olland açıqlaması

14 Fevral 2017 12:52

“Fransa prezidenti Fransua Olland erməni diasporasıyla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində millətlərin öz gələcək müqəddaratını həll etmək prinsipindən asılı olduğunu dedi”.

Ərzaq bahalaşır

14 Fevral 2017 12:48

Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Əli Məsimli deyib. Ə.Məsimli qeyd edib ki, ölkədə əmək haqları və pensiyaların həcmi artırılıb: “İndi işbazlar əhalinin pensiya və əmək haqlarının artan hissəsini əllərindən almaq üçün qiymətləri süni şəkildə bahalaşdırırlar. Aidiyyatı qurumlar belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Əgər həmin qurumlar bu problemi diqqətə almasalar, həmin işbazlarla paralel məsuliyyət daşıyırlar”.

Gənclərin bələdçilik sahəsinə marağı artırılır

14 Fevral 2017 12:45

"Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bələdçi - danişan tarix” adlı layihəsinə start verib. Layihə 17-25 yaş arası müxtəlif xarici dil biliklərinə malik olan bir qrup gəncin iştiraki ilə Bakı şəhəri və respublikamızın şimal-qərb bölgəsində həyata keçirilir.

"Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən" - Ərdoğan

14 Fevral 2017 12:43

"Bəşər Əsədə telefonda dedim ki, sən öz xalqına bombalar yağdırırsan. Bu, yaxşı hərəkət deyil".

Siyasi şərhçi: “Fransa daima deklorativ çıxışları ilə seçilib”

14 Fevral 2017 12:32

“Təəsüf ki, ATƏT-in Minsk qrupunda həmsədr kimi təmsil olunan bir dövlətin, yəni Fransanın prezidenti Fransua Olland belə məsuliyyətsiz bəyanatlarla çıxış edir. Azərbaycan heç bir vaxt milli müqəddəratın təyini ilə bağlı maneə mövqeyi tutmayıb, lakin bu bütün beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyü və suverenlik çərçivəsində olmalıdır”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.

Azər Həsrət: “Hamıya bəllidir ki, Fransa ermənipərəstdir”

14 Fevral 2017 12:28

“Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ “əhalisi”nin öz müqəddəratını təyin etməsi ilə bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, Fransanın ermənilərdən istifadə edərək yenə də nəsə iddia irəli sürmək fikri var”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Bu ölkədə iş çoxdur, işləyən yoxdur

14 Fevral 2017 12:24

Avropa İttifaqında işsizliyin ən aşağı səviyyədə olduğu ölkə Çexiyadır. Bu barədə bazar ertəsi sözügedən sahənin ekspertlərinə istinadən Praqanın "Novinky" portalı yazıb.