Xırdalan və Qazaxın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Cari il də Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov verib.

Cari il də Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov verib. Bildirib ki, 2017-ci ildə Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 km uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılmışdır. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 km xətt inşa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31