Gündəm
Hollandiyadan türklərlə bağlı ŞOK QƏRAR: 18 ay...
2016-cı il iyulun 15-də edilən hərbi çevriliş cəhdindən sonra həbs olunmaqdan qorxaraq Türkiyəyə qayıtmaqdan imtina edən bir qrup türk zabiti ailələri ilə birlikdə Hollandiyadan siyasi sığınacaq istəyib.
Mosulda qadın jurnalist başından yaralanıb
Əlcəzairin "Şuruk" mediaholdinqinin qadın jurnalisti Samira Mouaki bazar ertəsi İraqın Mosul şəhərinin yaxınlığında başından ağır yara alıb.
Deputat: "Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində açıq diplomatik qələbəsidir"
"Özünün qalmaqallı və məsuliyyətsiz yazıları, eləcə də hərəkətləri ilə tanınan, Azərbaycan qanunlarını kobud şəkildə pozması azmış kimi bunu təkrarlayacağını da bildirən Aleksandr Lapşinin ekstradisiyası hüquqi prosesdir və burada qeyri-adi heç nə yoxdur".
Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb
“Bu gün iqtisadiyyatda çox böyük sürətlə gedən islahatlar əmək bazarında yeni ixtisasların əmələ gəlməsi və yeni kompitensiyalar üzrə tələbatın yaranmasına səbəb olur”. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin açılış mərasimində bildirib ki, təcrübəsi, müəyyən iş stajı olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər.
Səs-küylü qətlin şahidinin səsini eşidən olacaqmı?
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan dustaq Rövşən Əhmədovun həyat yoldaşı mətbuata sensasion açıqlamalar verib. Xanım Əhmədova deyib ki, onun həyat yoldaşı R.Əhmədov 2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı ifadə vermək istəyir. Onun bildirdiyinə görə, R.Əhmadov bu qətlin təşkilatçılarının digər cinayət əməlləri ilə bağlı kifayət qədər bilgiyə malikdir.
İşğaldan azad olunan kəndlərimizin yollarının sayı çox olar
“Bu uğura, qələbəyə 2016-ci il aprel döyüşlərində cəsarətlə vuruşan və Vətən uğrunda canlarından keçmiş mərd oğullarımızın sayəsində nail olduq. Hələ işğaldan azad olunan kəndlərimizin yollarının sayı çox olar, İnşallah!.. Bu yol Şuşaya, Kəlbəcərə, Ağdama, Laçına, Füzuliyə və işğal altında olan digər rayonlarımızın kəndlərinə və mərkəzinə qədər uzanacağı gün əslində uzaqda deyil”.
Müdafiə Nazirliyi ilə Yazıçılar Birliyi arasında tədbirlər planı imzalanıb
Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
İqdır Azərbaycan Evi Dərnəyi Xocalı müsabiqəsi keçirir
Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) İqdır Azərbaycan Evi Dərnəyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı hekayə,şer, inşa yazı və rəsm müsabiqəsi keçirir. Bu barədə “OLAYLAR”-a məlumat verən İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, orta məktəb tələbələri arasında keçirilən müsabiqə fevralın 14-də başa çatıb. Münsiflər Heyətinin qərarı ilə ilk 3 yeri tutan məktəblilərə diplom və hədiyyələr veriləcək. Bununla bağlı İqdır Azərbaycan Evi Dərnəyi fevralın 25-də Zübeyde Hanım Bulvarında tədbir keçirəcək.
Binəqədidə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü qeyd edilib
YAP Binəqədi rayon təşkilatının inzibati binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, SHXÇDX-ninrayon idarəsininrəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Respublikasının Milli qəhrəmanı Mirzə Quliyev və digər şəxslər iştirak edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb.
Ağ Evdə İSTEFA
Rusiyanın Amerikadakı səfiri ilə telefon danışığı ilə gündəmə gələn Ağ Evin Beynəlxalq Təhlükəsizlik rəhbəri Michael Flynn istefa etdi. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, istefa xəbərini Returs Agentliyi yayıb.
Keçən il 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən bildirilib ki, iclasda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2016-ci ildə rəhbərlik etdiyi qurum tərəfindən 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərildiyini, il ərzində istehlakçılara 639 milyon kubmetr su satıldığını diqqətə çatdırıb. Bildirilib ki, hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb.
Danimarkada Xocalı mitinqi keçiriləcək
Ermənilərin Xocalıda həyata keçirdiyi soyqırımın 25-ci ildönümü ərəfəsində Danimarkada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “OLAYLAR”-a Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi verib. Bildirib ki, rəhbərlik etdiyi cəmiyyətin təşkilatçılığı ilə paytaxt Kopenhagendə aksiya keçiriləcək. Kopenhagenin Radhusplads meydaninda keçirilməsi nəzərdə tutulan etiraz mitinqi fevralın 25-də baş tutacaq. Cəmiyyət sədri aksiyanın keçirilməsi ilə bağlı artıq müvafiq qurumlardan icazə alındığını da deyib.
Mard: "Azərbaycanla Aİ arasında yeni razılaşma əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək"
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanması planlaşdırılan yeni razılaşma əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə təkan verəcək.
Türkiyədə PKK-ya qarşı iri əməliyyat: 599 nəfər saxlanılıb
Türkiyə polisi PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində iki gün ərzində 599 nəfəri saxlayıb.
Qardaşının 11 yaşındaykən təcavüz etdiyi qadından xoş xəbər
Britaniyada 10 il əvvəl iyrənc hadisə yaşanıb. Britaniyanın ən gənc anası olaraq tarixə keçən Tressa Middletonun hazırda 23 yaşı var. 11 yaşında ikən qardaşından hamilə qalan Tressa 12 yaşında doğum edib və Britaniyanın ən gənc anası olaraq tarixə keçib.














