Mosulda qadın jurnalist başından yaralanıb
Əlcəzairin "Şuruk" mediaholdinqinin qadın jurnalisti Samira Mouaki bazar ertəsi İraqın Mosul şəhərinin yaxınlığında başından ağır yara alıb.
14 Fevral 2017 12:10 DünyaƏlcəzairin "Şuruk" mediaholdinqinin qadın jurnalisti Samira Mouaki bazar ertəsi İraqın Mosul şəhərinin yaxınlığında başından ağır yara alıb. Gənc qız cəbhə xəttində radikallara qarşı hərbi əməliyyatların gedişatını işıqlandırarkən İŞİD snayperçisi tərəfindən vurulub. Gənc qız jurnalist hadisədən sonra bir neçə saat ərzində helikopterlə Bağdada çatdırılıb. Xəbərdə deyilir ki, hazırda o, koma vəziyyətində İraqın paytaxtındakı klinikalardan birində reabilitasiya şöbəsindədir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31