Gündəm
Tarix Muzeyində “Sənət barəsində söhbət”
Məktəblilər Milli Kitabxanada
Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağda planlaşdırdığı “ referendum”la bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyiölkənin işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanat yayıb.
İqtisadiyyat Nazirliyi təsərrüfat subyektlərinə xəbərdarlıq edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.
Nazirlik: 2 tibb işçisinin cinayət əməli barədə materilallar Baş Prokurorluğa göndərilib
2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.
Vəkillər MTN generallarının ev dustaqlığına buraxılmasını istədilər - YENİLƏNİB
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbər vəzifəli şəxsləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
“Rədd olun buradan” - General Mirvətova
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilən MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
Erməniləri güllələtdirən baş qərargah rəisi
Təəccüblüdür ki, 2008-ci il martın 1-də baş vermiş hadisələri ilə bağlı danışanlar həmin vaxt fəal rol oynayanlardır.
192 saxta diplom aşkarlanıb, materiallar prokurorluğa göndərilib
Kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur
Müstəqillik illərindən sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi nailiyyətlər əldə edildi, ölkədə söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində bir canlanma yarandı, mətbuata olan dövlət qayğısı daha da artdı.
Bakı Xoreoqrafiya Akademiyasında ustad dersləri
Nazirlik 33 903 sualı birbaşa cavablandırıb
2017-ci ilin yanvar ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 46 666 zəng üzrə 33 903 sual cavablandırılıb. Bu barədə nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 564 661 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 194284 SMS göndərilib.Yanvar ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 705586 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 63420 vətəndaş qəbul edilib və onlara 107789 sayda xidmət göstərilib. 2017-ci ilin 1 fevral tarixinə vergi ödəyicilərinə ümumilikdə 260190 sayda ASAN İmza sertifikatı verilib.
10 nəfər edam edildi
“Tufan” zirehli maşınının təqdimatı keçirilib
Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, respublikamızın güc qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda “Tufan” zirehli maşını barədə geniş məlumat verilib. Bildirilib ki, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin konsepsiyası nazirliyin mütəxəssisləri tərəfindən altı ay ərzində reallaşdırılmışdır.
Oqtay Əsədov Latviyanın xarici işlər nazirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. “Olaylar” xəbər verir ki, sədr qeyd edib ki, bu günədək ölkələrimiz arasında 34 sənəd imzalanmış, 8-i üzərində iş davam etdirilir. İqtisadi sahədə əlaqələrimizin daha da dərinləşdirilməsi günün tələbidir: “Ümidvarıq ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı layihə reallaşdıqdan sonra bu sahədə də əhəmiyyətli dönüş yaranacaqdır.













