192 saxta diplom aşkarlanıb, materiallar prokurorluğa göndərilib
14 Fevral 2017 16:45 SosialSəhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.
Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə - 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
"Səhiyyə Nazirliyinin "Qaynar xətti"nə 762 şikayət daxil olub. Nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb", - deyə nazirlikdən bildirilib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31