Bakı Xoreoqrafiya Akademiyasında ustad dersləri
14 Fevral 2017 16:41 İncəsənətAzərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Qıpçaq rəqsləri" bir pərdəli baletin səhnələşdirən Sankt-Peterburq Opera və Balet Teatrının xoreoqrafı, Rusiya Federasiyasının əməkdar artisti Sergey Moxnaçov Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri üçün ustad dərsləri keçib. Bakı Xoreoqrafiya Akademiyasından "Olaylar" - a bildirilib ki, ustad dərsində iştirak edən müəllim-tələbə heyəti klassik rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat alıb və xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini müşahidə ediblər. Ustad dərsində qeyd olundu ki, dünya inkişaf etdikcə, insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu transformasiyalar mütləq şəkildə rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdı.