Nazirlik: 2 tibb işçisinin cinayət əməli barədə materilallar Baş Prokurorluğa göndərilib
2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.
14 Fevral 2017 17:03 Sosial2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "161-qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.
2 nəfər tibb işçisi barədə cinayət əlamətləri olduğundan toplanılmış materiallar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Apa.az