Gündəm

Makedoniya Prezidenti Azərbaycana gəlir

14 Fevral 2017 18:37

Makedoniya Prezidenti George İvanov və xanımı Maja İvanova mart ayında Azərbaycana gələcəklər. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir. Bu barədə mılumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Prezidentdən məcburi köçkünlərə daha bir müjdə

14 Fevral 2017 18:35

Hazırda qlobal səviyyədə hökm sürən iqtisadi və maliyyə problemləri hətta iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə ciddi sosial problemlərə, yoxsulluq səviyyəsinin artmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi isə bir sıra ölkə rəhbərləri sosial sahədə həyata keçirilən islahatların dayandırılması, pensiya və müavinətlərin, əhalinin güzəştli təbəqsinə tətbiq ediıən imtiyazların ləğvinə qərar verir.

"Cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır"

14 Fevral 2017 18:19

Azərbaycan prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamı Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoydu.

Şüvəlanda kinoteatr

14 Fevral 2017 18:14

Hüquq müdafiəçiləri: “Prezidentin sərəncamı nəticəsində həbsxanalar boşalacaq, dövlətin bu sahədə iqtisadi yükü azalacaq”

14 Fevral 2017 18:15

“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı çox müsbət addımdır”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral, 2017-ci il tarixli sərəncamına münasibət bildirən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib.

YAP-çı deputat teleseriallara irad tutdu

14 Fevral 2017 18:12

 “Azərbaycanın müxtəlif televiziya kanallarında çəkilən və efirə yayımlanan bir sıra seriallarda ailə institutuna zidd olan məqamlar mövcuddur. Buna qarşı addımlar atılması üçün təklif edərdim ki, həmin seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxılsın və sonra efirə yayımlansın”.  Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Məlahət İbrahimqızı bildirib. YAP-çı millət vəkili deyib ki, bir sıra televiziya kanallarında yayımlanan seriallarla bağlı ciddi nöqsanlar mövcuddur. M.İbrahimqızı Azərbaycan dili ilə bağlı qanunvericliliyin mövcud olduğunu da xatırladıb: “İndi şəhərimizdəki bir çox kino salonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir. Hesab edirəm ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik”.

Mayk Luzmor Respublika Əlillərin Bərpa Mərkəzində olub

14 Fevral 2017 18:10

Ölkəmizdə səfərdə olan Böyük Britanıyanın UCL-in London Kollec Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üçün yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.

Sabiq xarici işlər naziri şübhəli şəxs elan olunub

14 Fevral 2017 18:01

İtaliyanın sabiq xarici işlər naziri çirkli pulların yuyulmasında şübhəli bilinir. Hüquq-mühafizə orqanları sabiq nazirin vətəndaş nikahında olan həyat yoldaşı və digər iki qohumundan beş milyon avro məbləğində aktivləri müsadirə edib. Onlar çirkli pulların yuyulması və qanunsuz gəlir əldə etməyə dair Cinayət Məcəlləsinin 3 maddəsini pozmaqda ittiham olunur. Sabiq nazir iş üzrə şübhəli qismində keçəcəyi barədə bildiriş alıb.

Vəzifəli şəxslərin yol verdikləri pozuntularla bağlı CƏZALAR artırıla bilər

14 Fevral 2017 17:56

İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəniləcək

14 Fevral 2017 17:53

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Prezidenti məcburi köçkünlərlə bağlı Fərmana dəyişikliklər edib

14 Fevral 2017 17:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.