Şüvəlanda kinoteatr
14 Fevral 2017 18:14 MədəniyyətBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb. Baş İdarədən "Olaylar" - a bildirilir ki, kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradacaq. Kinotetrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" adlı filmi olub.
Qeyd edə ki, kinoteatrda martın sonunadək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Bizim kino günləri" layihəsi çərçivəsində bir neçə film nümayiş olunacaq. Biletlərin qiyməti 2 AZN təşkil edir, 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdu. Həmçinin, kinotetrda komediya, dram, fantastik janrlarda olan filmlər, azyaşlı tamaşaçılar üçün isə cizgi filmləri nümayiş olunacaq.