Mayk Luzmor Respublika Əlillərin Bərpa Mərkəzində olub
Ölkəmizdə səfərdə olan Böyük Britanıyanın UCL-in London Kollec Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üçün yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.
14 Fevral 2017 18:10 SosialÖlkəmizdə səfərdə olan Böyük Britanıyanın UCL-in London Kollec Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üçün yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.
M.Luzmora buradakı şərait barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətində mühüm yer tutur. 2015-cı ilin ilin sentyabr ayında dövlət başçısının iştirakı ilə əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu istiqamətdə görülən işlərdən biridir. Mərkəzdə 18 yaşdan yuxarı əlilliyi olan əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası, səmərəli bərpa-müalicə sistemi ilə təmin olunmaları üçün lazımi şərait yaradılıb. Burada il ərzində 1700 nəfərdən çox əlilliyi olan şəxsə ən müasir tibbi-fizioterapevtik aparatlarla və reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilir.