Sabiq xarici işlər naziri şübhəli şəxs elan olunub

İtaliyanın sabiq xarici işlər naziri çirkli pulların yuyulmasında şübhəli bilinir. Hüquq-mühafizə orqanları sabiq nazirin vətəndaş nikahında olan həyat yoldaşı və digər iki qohumundan beş milyon avro məbləğində aktivləri müsadirə edib. Onlar çirkli pulların yuyulması və qanunsuz gəlir əldə etməyə dair Cinayət Məcəlləsinin 3 maddəsini pozmaqda ittiham olunur. Sabiq nazir iş üzrə şübhəli qismində keçəcəyi barədə bildiriş alıb.

Qeyd edək ki, C.Fini 2004-2006-cı illərdə İtaliyanın xarici işlər naziri, 2008-2013-cü illərdə isə parlamentin aşağı palatasının sədri olub. Bu barədə APA-nın "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31