Gündəm

Fransa Qarabağ mövqeyini AÇIQLADI - İrəvanda

14 Mart 2017 13:06

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib. 

Daha bir klub Vidalla maraqlanır

14 Mart 2017 13:03

Qarşısına Çempionlar Liqasının qalibi olmaq vəzifəsini qoyan PSJ ayda heyətə "əl gəzdirəcək". 

Hava yağmursuz keçəcək

14 Mart 2017 13:02

Bakı və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi  ilə gündüz cənub-şərq küləyi  əvəz olunacaq.

MTN generallarının məhkəməsi təxirə salınıb

14 Mart 2017 12:55

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.

Rus bölməsi üzrə şagird qəbulu barədə suallara CAVAB: "Problem olmayacaq"

14 Mart 2017 12:53

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu tədris ilində bəzi məktəblərdə rus bölməsi üzrə məktəbəqədər hazırlıq kurslarının təşkil olunmaması səbəbindən növbəti dərs ili üçün 1-ci sinfə rus bölməsi üzrə şagird qəbulunda müəyyən problemlərin yarana bilmə ehtimalına aydınlıq gətirib.

Xəzərdə tapılan cəsədi qardaşı tanıdı - NEFTÇİDİR

14 Mart 2017 12:51

Martın 13-də Xəzər dənizində tapılan kişi cəsədinin kimə məxsus olması müəyyənləşdirilib. Cəsəd 1971-ci il təvəllüdlü neftçi-maşinist Ramiz Abbasova məxsusdur. Bu barədə neftçinin qohumları məlumat veriblər. Hələlik DNT analizləri hazır olmasa da, ilkin olaraq neftçinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onu qardaşı tanıyıb. Xatırladaq ki, ötən il dekabrın 15-də səhər saat 5-də güclü qasırğa nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsi dənizə düşüb.

32 nəfər yaralandı – Son Dəqiqə

14 Mart 2017 12:38

Türkiyənin Kapadokya vilayətində hava şarları sərt  yerə eniş edib. “Olaylar” HaberTürk” - ə istinadən bildirir ki, Nevşəhərin Kapadokya bölgəsində 3 ayrı hava şarının yerə sərt eniş etməsi  səbəbi ilə 32 nəfər müxtəlif bədən xəsarəti alıb. İçərisində ən çox Çinli və Avropa turistləri olan balonda 45 nəfərin olduğu qeyd olunub. 9 nəfərin ağır yaralandığı haqda məlumat verilib. Mütəxəsisilər hava balonunun yerə sərt eniş etməsinə səbəb havanın ani dəyişimi olduğunu bildirirlər.

Fikrət Qocanın oğlunu döyüb öldürüblər - Saxlanılanlar var

14 Mart 2017 12:37

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirildiyi məlum olub. Martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Bir neçə futbolçu PSJ-dən getmək istəyir

14 Mart 2017 12:31

PSJ-nin Çempionlar Liqasında mübarizəni dayandırması bir neçə futbolçunun komandanı tərk etməsi ilə müşaiyət oluna bilər.

Ekspert: “Avropa Türkiyəyə və Ərdoğana qarşı açıq-aşkar düşmənçilik edir”

14 Mart 2017 12:29

"Türkiyə xarici işlər nazirinin Hollandiyaya buraxılmaması və digər nazirə qarşı Hollandiya polisi tərəfindən siyasi tərbiyəsizlik edərək nəzarətə alınması və ölkədən deportasiya edilməsi, Avropanın şüar etdiyi söz və hərəkət azadlığına zidd olaraq türk jurnalistlərə təzyiq edilməsi demokratik dəyərlərin ayaqlar altına atılması deməkdir”. Bunu  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Niderland səfirinin ölkəyə girişi yasaqlandı Türkiyədə

14 Mart 2017 12:27

Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib. Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. “Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş bildirib.

Gecikdirilmiş sosial ödənişlər verildi

14 Mart 2017 12:24

Cari ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan müraciətlərin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirilməsi halları əksini tapıb.

Türkiyəyə daha bir ZƏRBƏ

14 Mart 2017 12:23

 “Olaylar”  “Huriyyet” - ə istinadən bildirir ki, Hollandiyanın ardınca türkiyəli siyasətçilərə referendum kompaniyalarına görə seçiciləri ilə görüşə daha bir zərbəni  Avstriya  vurdu. Belə ki, Avstriya baş naziri Kristian Kern bu barədə açıqlama yayıb.

Boyunbağını gömrükdən keçirmək cəhdi alınmadı

14 Mart 2017 12:21

Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Ərzaq məhsulları bir ayda 2,5 faiz bahalaşıb

14 Mart 2017 12:17

2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.