Niderland səfirinin ölkəyə girişi yasaqlandı Türkiyədə
Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib. Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. “Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş bildirib.
14 Mart 2017 12:27 DünyaTürkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib. Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. "Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib", - deyə Kurtulmuş bildirib.
Baş nazirin müavini, həmçinin Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da deyib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək.