Gündəm

Deputatlarımız həmməruzəçilərlə Dağlıq Qarabağdan danışacaqlar

14 Mart 2017 12:15

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin Azərbaycana səfəri planlaşdırlır. Səfər çərçivəsində Azərbaycanın millət vəkilləri bir sara məqələlər ətrafında müzakirələr aparacaqlar.

Dünya şöhrətli azərbaycanlı pianoçunun yeni albomunun təqdimatı keçiriləcək

14 Mart 2017 12:14

Martın 25-də Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İslam Manafovun dahi bəstəkar Frederik Şopenin əsərlərindən ibarət yeni albomunun Türkiyənin İstanbul şəhərində Cemal Reşit Rey Konsert zalında təqdimatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Rusiya indi də Liviyaya qoşun yeridir

14 Mart 2017 12:12

"Reuters" agentliyi Misirin Liviya ilə sərhədinin bilavasitə yaxınlığında bir qrup Rusiya xüsusi təyinatlısını və dronlarını qeydə alıb.

Şok kadrlar: qartal pişiyi apardı - VİDEO

14 Mart 2017 12:06

ABŞ-dakı "keçəl qartal" və ya "kondor" adlanan qartal təhlükəli yırtıcıdır. O, hətta canavara və marala da hücum edir, bu heyvanları öldürərək səmaya qaldırır, yuvasına apararaq parçalayır.

Türkiyədə yanlışlıqla hollandiyalı əvəzinə norveçli jurnalistə hücum etdilər - VİDEO

14 Mart 2017 12:04

İstanbulda Nazife Onay adlı vətəndaş işdən çıxarılmasına etiraz olaraq aksiya keçirib. Nazife Onayın görüntülərini çəkən norveçli jurnalist isə bu sırada hücuma məruz qalıb. Bir qrup gənc, "Siz Hollandiya üçün işləyirsiniz" deyərək norveçli jurnalistə hücum edib. Ətrafdakıların "o hollandiyalı deyil" xəbərdarlığından sonra norveçli jurnalist ərazidən uzaqlaşıb.

Erməni hüquq müdafiəçisi: Azərbaycan və Ermənistan tarixinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsi yoxdur

14 Mart 2017 12:03

Azərbaycanın və ya Ermənistanın tarixinin beynəlxalq hüquqla və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsi yoxdur. Bunu məşhur erməni hüquqşünas Vahe Avetyan Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.

Sabiq baş nazir Sarkisyandan zəmanət istəyir

14 Mart 2017 12:01

Ermənistanın sabiq baş naziri Ovik Abramyan hakimiyyətdən zəmanət istəyib.  Bunun müqabilində Abramyan və onun tərəfdarları siyasətdən gedəcəklərini bəyan ediblər. Abramyan bu məqsədlə dəfələrlə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə cəhd edib. 

Fuad Axundov: "Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq"

14 Mart 2017 11:51

25 ildən çoxdur ki, Ermənistan rəhbərliyi guya dünyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyini" tanımağa başladığını bəyan edərək öz xalqını aldadır. Lakin bu illər ərzində qondarma rejimi heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb.

"Dağlıq Qarabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır"

14 Mart 2017 11:50

Dağlıq Qarabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır. Bunu jurnalistlərə "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda iştirak edən Ukraynadan olan Artur Ağacanov deyib.

Bakıdan Suraxanıya karvan yola düşdü

14 Mart 2017 11:41

Martın 14-də İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə bayram tədbirlərinə başlanıb. Baş İdarədən “Olaylar” – a bildirilib ki, bugün səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyəti binasının yanından yüksək bayram əhval-ruhiyyəsində olan Novruz personajları– Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl, musiqi qrupları, həmçinin süvarilər və faytonların müşayiəti ilə böyük dəvə karvanı Suraxanı “Atəşgahı”na yola salınıb.

Maksim Şevçenko: “Qarabağ münaqişəsi yalnız Rusiya-Türkiyə-İran formatının inkişafı ilə həll edilə bilər”

14 Mart 2017 11:39

"Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər”. Bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda Rusiya prezidenti yanında yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko deyib. 

Ali Məhkəmədə Cahangir Hacıyevin şikayətinə baxılıb

14 Mart 2017 11:36

Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Azərbaycan birinciliyi keçirilir

14 Mart 2017 11:34

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. AGF-dən “OLAYLAR” -a bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Atəşkəsin pozulması intensiv xarakter alır

14 Mart 2017 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Cəbhə xəttində monitorinq keçiriləcək

14 Mart 2017 11:32

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.