Sabiq baş nazir Sarkisyandan zəmanət istəyir
Ermənistanın sabiq baş naziri Ovik Abramyan hakimiyyətdən zəmanət istəyib. Bunun müqabilində Abramyan və onun tərəfdarları siyasətdən gedəcəklərini bəyan ediblər. Abramyan bu məqsədlə dəfələrlə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə cəhd edib.
14 Mart 2017 12:01 DünyaErmənistanın sabiq baş naziri Ovik Abramyan hakimiyyətdən zəmanət istəyib. Bunun müqabilində Abramyan və onun tərəfdarları siyasətdən gedəcəklərini bəyan ediblər. Abramyan bu məqsədlə dəfələrlə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə cəhd edib.
Sarkisyan isə seçkilərdən sonra Abramyanla görüşəcəyini, lakin hər hansı zəmanətlə bağlı yekun qərar vermədiyini bildirib.
Nəşr yazır ki, Sarkisyan 9 aprel 2018-ci il prezident seçkilərinə qədər Abramyana zəmanət vermək istəmir. Azvision.az