Boyunbağını gömrükdən keçirmək cəhdi alınmadı

Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31