Gündəm

Təyyarələr havada toqquşdu

18 Mart 2017 10:00

“Bəxtəvər” - Musiqili Teatrda Novruz tamaşası

17 Mart 2017 20:10

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan “Bəxtəvər” şousu 21 mart saat 18.00-da tamaşaçılara təqdim edəcək.Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və İranda yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridi. Novruz şənlikəri ilə əlaqədar olaraq Beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidi.

Beren Saatın yeni serialı bəlli oldu

17 Mart 2017 19:32

Aktrisa Beren Saatın yeni rolu açıqlanıb.  "Medyapım"ın hazırladığı “Qadın” serialında baş rolda çəkiləcək.  B.Saat serialda həyat yoldaşını itirmiş, 2 uşağı ilə tək qalan bir qadını canlandıracaq.

“Samsung Galaxy S8” ödənişlər üçün üzün tanınması texnologiyasına malik olacaq

17 Mart 2017 19:26

Yeni “Samsung Galaxy S8” smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək. Bu barədə “Bloomberg” agentliyi şəxsi mənbələrə istinadən məlumat verib.

Yeni ekzoskelet cərrahlara əməliyyatlarda kömək edəcək

17 Mart 2017 19:20

Bristol Universitetinin hazırladığı innovativ ekzoskeleti cərrah öz əlləri ilə idarə edə biləcək. Əksər müasir robot texnikası ixtiralarının faydalı olmamasına və insanların işini asanlaşdırmamasına baxmayaraq tibb sahəsində robotlar artıq on ildən çoxdur həkimlərə əməliyyatlar etməyə kömək edirlər. Cərrahlar belə robotların hərəkətlərinə ən çox xüsusi qurğular, tutacaq və digər yardımçı qurğular vasitəsilə nəzarət edirlər ki, bu da narahatlıq yaradır. Lakin Bristol Universitetinin hazırladığı yeni ekzoskelet robotu cərrahın əli ilə idarə etməyə kömək edəcək. 

14 yaşlı qız 7,44 karatlıq almaz tapdı

17 Mart 2017 19:15

Amerikanın Arkanzas ştatında 7,44 karat ağırlığında almaz tapılıb. Almazı tapan 14 yaşlı amerikalı Kalel Lenqford olub. Ailəsi ilə həftə sonu parka istirahətə gedən Kalel Lenqford park ərazisində üzəri palçıqla örtülü almaz tapıb.