Gündəm

Azərbaycanda yeni konsepsiyalı kitabxana açıldı

28 Mart 2017 17:09

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS–nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.

Azay Quliyev: “Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik ”

28 Mart 2017 16:52

ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev 28 mart 2017-ci ildə Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasınınbirgə təşkil etdiyi “Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib.

Rayondan gələnlər Bakıda oxuya bilməyəcək?

28 Mart 2017 16:48

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi 15 martdan başlayaraq davam edir. Valideynlər 6 yaşı tamam olmuş uşaqlarının I sinifə qəbulu üçün yaşadıqları ərazi üzrə təqdim olunan məktəblərdən birində elektron qeydiyyatdan keçirlər.

Azərbaycanda TV yayımı ilə bağlı YENİ QƏRAR

28 Mart 2017 16:47

"Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika işləri bu il oktyabrın 16-da keçiriləcək". Bu barədə özəl olaraq ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Fərəc Quliyev türklərə qarşı yürüdülən siyasətdən danışıb- Video

28 Mart 2017 16:38

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Lider Televiziyasında “Panoram” verilişinin qonağı olub. Millətçi ideologiyanın daşıyıcısı olan bir lider kimi aparıcının suallarını cavablandıran Fərəc Quliyev hazırda dünyada cərəyan edən proseslərdə millətçilik ideologiyasının rolu və türklərə qarşı yürüdülən siyasətlə bağlı əsaslı açıqlamalar verib.

Yardımlı sakinindən silah götürülüb

28 Mart 2017 16:33

Yardımlı rayon sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, paytaxtın Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu götürülüb.

Əməkdar artist dünyasını dəyişib

28 Mart 2017 16:32

F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq. 1939-cu ildə Bakının Qobu kəndində anadan olan Firuz Xudaverdiyev Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib. 

“Bakı Marafonu 2017”nin təqdimatı keçirilib

28 Mart 2017 16:29

Martın 28-də “Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildiilib ki, tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov son illər ölkədə idmana göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Texniki Universitetdə sağlam gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daima prioritet olub.

Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi elan olundu

28 Mart 2017 16:27

Elmin İnkişafı Fondu Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.

Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir

28 Mart 2017 16:25

“Ötən 13 il Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. O, bildirib ki, həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir: “Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir.

“İrəli” mart soyqırımı aksiyasına start verdi

28 Mart 2017 16:24

“İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə daha təsir edici formada çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır.

DİN əməliyyat keçirdi: silah-sursat aşkar edildi

28 Mart 2017 16:22

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. 

Rüşvətə görə cəza sərtləşdirilir

28 Mart 2017 16:20

Azərbaycanda rüşvətə görə cəza ağırlaşdırılır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilib.Belə ki, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cəza ağırlaşacaq.

Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb

28 Mart 2017 16:10

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb.

Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib

28 Mart 2017 16:08

Martın 28-də Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.