“Bakı Marafonu 2017”nin təqdimatı keçirilib

Martın 28-də “Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildiilib ki, tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov son illər ölkədə idmana göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Texniki Universitetdə sağlam gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daima prioritet olub.

Martın 28-də "Bakı Marafonu 2017"nin icraçıları və tərəfdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildiilib ki, tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov son illər ölkədə idmana göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Texniki Universitetdə sağlam gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daima prioritet olub. Prorektor "Bakı Marafonu 2017"dən danışarkən ötən il AzTU tələbələrinin göstərdiyi naliyyətləri də yadda salıb. Bildirilib ki, "Bakı Marafonu 2016"da AzTU-nun maşınqayırma fakültəsinin tələbəsi Əsgər Bəylərov finiş xəttini keçənlər arasında 7-ci yeri tutaraq ilk onluğa düşüb. Vurğulanıb ki, bu il tələbələrdən daha yaxşı nəticələr göstərmələri gözlənilir. Daha sonra Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. Qaliblər üçün nəzərdə tutulan mükafatlar nəzərə çatdırılıb, həmçinin qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barədə tələbələrə məsləhətlər verilib. Sonda tələbələrin sualları cavablandırılıb. Qeyd edək ki, "Bakı Marafonu 2017" aprelin 30-da start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31