Gündəm

Türkiyədə mağazalarda bu qadağan ediləcək

28 Mart 2017 18:37

Türkiyədə 2018-ci ilin yanvarından mağazalarda pulsuz sellofan paketlərin verilməsi qadağan ediləcək. Yeni qanuna əsasən, bu sellofan paketləri yalnız pulla almaq mümkün olacaq. Qadağa qüvvəyə minənədək istehlakçılara mağazalarda parça və kağız paketlər veriləcək. Bu qanun plastik məişət tullantılarının azaldılmasına yönəlib.

Şəmkirdə güclü külək kəndləri İŞIQSIZ QOYDU

28 Mart 2017 18:25

Şəmkir rayonunda güclü külək fəsadlar yaradıb, bəzi kəndlər işıqsız qalıb. Gecə saatlarından başlayaraq əsən güclü külək nəticəsində rayonun bəzi kəndlərində dam örtükləri dağılıb, elektrik dirəkləri aşıb, naqillər sıradan çıxıb və enerjinin verilişi dayanıb. 

Bakının bu hissəsi su altında qala bilər

28 Mart 2017 18:24

"Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb. Göllərdən kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Subasmalar, evlərin, zirzəmilərin su ilə dolması halları qalmaqdadır".

Rusiya və İran prezidentləri birgə bəyanatla çıxış ediblər

28 Mart 2017 18:21

“Rusiya və İran beynəlxalq tranzit marşrutlarının ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əməkdaşlıqda əhəmiyyətli rolunu qeyd edir və  “Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində praktik addımların davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyirlər”.

Azərbaycan prezidenti: “Bu il pambıq becərən rayonlarda 200 min nəfər işlə təmin olunacaq”

28 Mart 2017 18:18

“Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir”.

“Sabitliyin təminatçısı Azərbaycan xalqıdır”

28 Mart 2017 18:17

Regionların sosial iqtisadi inkişafı Dövlət Proiqramları çərçivəsində həyata keçirilən tədbirlər, görülən işlər bölgələrin simasını nəzərə çarpacaq dərəcədə dəyişir. Müntəzəm olaraq regionlarda açılan yeni müəssisə və zavodlar, istehsalat müəssisələri həmin bölgənin inkişafına öz müsbət təsirini göstərir. Bu mənada Saatlı rayonunda da təqdirəlayiq işlər görülməkdədir. Rayonda tikilib istifadəyə verilən yeni obyektlər Saatlının inkişafını sürətləndirib. Elə Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən rayona səfəri də bütün bu deyilənləri təsdiqləyir.

“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

28 Mart 2017 18:06

Azercell Telekom MMC Bakı Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində Barama Media Mərkəzini tələbələrin ixtiyarına verib. BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırımı aktıdır

28 Mart 2017 18:02

1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur,  Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetivə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.

Fikir və söz azadlığının təmin olunduğu ölkə

28 Mart 2017 17:59

Günümüzdə hər bir  sahədə olduğu kimi,  mətbuat sahəsində də ölkəmizdə inkişaf, tərəqqi, nailiyyət  hiss olunur. Azad söz, fikir, məlumat azadlığı,  fikir plüralizmi təmin edilir.  Buna nail olunmaq üçünsə azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin normal, inkişafa meyilli fəaliyyəti üçün kifayət qədər şərait, imkanlar yaradılır.

Azərbaycan İsveçrədə keçirilən kino festivalında təmsil olunub

28 Mart 2017 17:30

İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İsveçrədə yaşayan həmvətənlərimiz, "Azərbaycanın dostları" Birliyinin sədri Arzu Əliyevanın dəstəyi ilə gənc rejissor İmam Həsənovun “Müqəddəs inək” filmi festivalın münsiflər heyətinə təqdim olunub və müəllif Bazel kinofestivalına dəvət edilib.

Təhsil Nazirliyi və Dini Komitə birgə tədbir keçirib  

28 Mart 2017 17:29

Martın 28-də Nizami rayonunda yerləşən şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Həmrəylik-birliyə çağırış metodu kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova, Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Əli Alıyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər. Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.

Coca Colada nəcis tapıldı - Böyük qalmaqal

28 Mart 2017 17:24

Dünyanın ən məşhur brendləridən və korporasiyalarından olan Coca Cola böyük qalmaqalla qarşılaşıb. Səbəb Şimali İrlandiyadakı zavodda baş vermiş hadisədir. Olayı Şimali İrlandiya Polisi (Police Service of Northern Ireland, PSNİ) araşdırır. Cinayət işi qaldırılıb, istintaq gedir.

“Sarkisyan status-kvonun qorunub saxlanması üçün hər cür məkrə əl atacaq” 

28 Mart 2017 17:21

“ATƏT-in Minsk qrupuna həmsdrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, ancaq, əslində burada yeni bir şey yoxdur. Hələ ötən il, Kerrinin Dövlət Departamentinə rəhbərliyi dönəmində Birləşmiş Ştatların yeni həll planı hazırladığı, orada əvvəllər irəli sürülən təkliflərin "konkretləşdirildiyi" və "təmizləndiyi" açıqlanmışdı. Hoqlandın açıqlamasında yeni sayıla biləcək həmin planın 3 hissədən ibarət olduğunu vurğulanmasıdır”. Bu barədə millət vəkili Sahib Alıyev deyib.

Tofiq Zülfüqarovun 3.4 milyon dollarını ələ keçirən "MTN"-çinin atası yaxalandı

28 Mart 2017 17:18

Özünü MTN əməkdaşı kimi qələmə verən, 3,4 milyon dolları dələduzluq və quldurluq yolu ilə ələ keçirməkdə ittiham olunan, 18 il həbs cəzası alan Loğman Abdullayevin atası Çingiz Abdullayev Qazaxıstanda həbs olunub.

Mstislav Rostropoviç anılacaq

28 Mart 2017 17:10

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyalarından görkəmli violonçel ifaçısı, pianoçu, dirijor, ictimai xadim, pedaqoq, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviçin (1927-2007) anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirəcək. Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir 5 aprel 2017-ci il tarixində saat 15:00-da muzeyin filialı olan Niyazinin mənzil muzeyində olacaqdı.