Təhsil Nazirliyi və Dini Komitə birgə tədbir keçirib  

Martın 28-də Nizami rayonunda yerləşən şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Həmrəylik-birliyə çağırış metodu kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova, Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Əli Alıyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər. Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.

Martın 28-də Nizami rayonunda yerləşən şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Həmrəylik-birliyə çağırış metodu kimi" mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova, Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Əli Alıyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər. Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Fitnə" sənədli filmi nümayiş edilib.

Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov öz çıxışı zamanı dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.

Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31