Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi elan olundu
Elmin İnkişafı Fondu Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.
28 Mart 2017 16:27 SosialElmin İnkişafı Fondu Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-u saat 17,00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 4-cü rübündə açıqlanması planlaşdırılır.