Gündəm
Deputat: “Reyestrə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırılsın”
“Turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırmalıdır”. “Olaylar” xəbər verir ki, bunu deputat Rauf Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qazaxıstan Prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub
Aprelin 4-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan “Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda müzakirə edilən ilk məsələ Bakı şəhər 20 saylı məktəbin direktor əvəzi Yaqut Məmmədovanın «Rubrika.az» saytına qarşı müraciəti olub. İclasda sözügedən media orqanının rəhbəri Nicat Mahmudovla yanaşı mübahisəli vəziyyətlə bağlı adı çəkilən «pia.az» saytının baş redaktoru Azər Qaramanlı da iştirak edib.
Sankt-Peterburqdakı terror aktını Daşnaksütyun Partiyası törədib
Rusiyanın şimal paytaxtı Sankt-Peterburq metrosunda baş verən terror aktında 14 nəfərin öldüyü, 50-dən artıq şəxsin yaralandığı bildirilir. Hazırda terror aktını törədən şəxsin kimliyi müəyyən edilsə də bu aksiyanın nə səbəbdən və hansı terror qruplaşması tərəfindən sifariş edildiyi barədə müxtəlif versiyalar səsləndirilir.
Mənzildə kişi meyiti tapılıb
Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.“Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yaqub Mahmudov: “Azərbaycanda ərəb və fars dillərinin tədrisi vacibdir”
"Kimin imkanı varsa, Azərbaycanın tarixi haqqında broşür hazırlayır. Lakin belə məlumatlar hazırlanarkən Tarix İnstitutuna müraciət edilə bilər. Broşürlərdəki məlumatların səhv olmaması üçün institut abidələr haqqında düzgün məlumatlar verə və bundan istifadə edilə bilər.
Lənkəranda gənclər üçün treninq keçirilib
Aprelin 4-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün treninq keçirilib.
Azərbaycanın Rus icması Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı bəyanat yayıb
“Azərbaycanın Rus icması Rusiyanın müəyyən dövlət strukturlarının Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair qərarı ilə əlaqədar qəti etirazını bildirir və hesab edir ki, bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, rus və Azərbaycan xalqları arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinə nifaq salmaq istəyən müəyyən qüvvələr dayanır. Ümumrusiya Azərbaycan Konqresi həmişə Rusiya Federasiyası qanunları çərçivəsində fəaliyyət göstərib. İctimai-siyasi sabitlik, Rusiyanın siyasi quruluşuna loyallıq həmişə ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub”.
Nazarbayev göstəriş verdi - Xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı
Aprelin 4-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Holdinq"in birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi" ilə tanış olub.
İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün Rusiyanın səylərini yüksək qiymətləndirir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
“Turizm haqqında” qanun dəyişdirilir
Milli Məclisdə “Turizm haqqında” qanun layihəsi yeni verisyada müzakirə olunur. “Olaylar” xəbər verir ki, MM-in Əmək və sosial siyasət komitəsinin apreli 4-də keçirilən iclasında “Turizm haqqında” qanun laiyəhsi yeni variantda müzakirəyə çıxarılıb.
ŞOK: Türkiyədə çevriliş cəhdindən öncə ABŞ hərbi texnika göndərib
Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Akıncı hərbi bazası iddianaməsində yeni bir detal ortaya çıxıb. İddianəmədə ABŞ-ın Akıncı bazasına çevriliş cəhdindən öncə silah-sursat göndərdiyi məlum olub.
Milli qəhrəman Murad Mirzəyevlə bağlı filmin təqdimatı keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi keçirilib.
Arzu oteldə gördüyü hadisəyə görə hovuzda öldürüldü - "Qrup seks" İDDİASI
2010-ci ildə lüks hotelin hovuzunda ölü tapılan tələbə Arzu Çubukçunun cəsədinin ikinci dəfə yarılmasından sonra cinayət şübhəsi ortaya çıxıb.
İmtahanlarda iştirak edən şəxslərin NƏZƏRİNƏ
Magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi" ni çap edə bilər.














