“Turizm haqqında” qanun dəyişdirilir

Milli Məclisdə  “Turizm haqqında” qanun layihəsi yeni verisyada  müzakirə olunur. “Olaylar” xəbər verir ki, MM-in Əmək və sosial siyasət komitəsinin apreli 4-də keçirilən iclasında  “Turizm haqqında”  qanun laiyəhsi yeni variantda müzakirəyə çıxarılıb. 

Milli Məclisdə  "Turizm haqqında" qanun layihəsi yeni verisyada  müzakirə olunur. "Olaylar" xəbər verir ki, MM-in Əmək və sosial siyasət komitəsinin apreli 4-də keçirilən iclasında  "Turizm haqqında"  qanun laiyəhsi yeni variantda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən MM-in Sosial qanunvericilik şöbəsinin əməkdaşı  Adil Vəliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir: "Qanun layihəsində 88 maddə ixtisar olunub və 70 maddəyə endirilib. Bu, hələ də tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixrisar oluna bilər. Yəni, bu, son deyil". O, deyib ki, qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar  nəzərdə tutulub: "Hansı ki, turizm sektoruna sərmayə qoyan sərmayədarlara  güzəştlərin tətbiqini nəzərdə tutur". A.Vəliyev deyib ki, sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31