Gündəm
Qeydiyyatı olmayan şəxslərin övladlarının I sinfə qəbulu ilə bağlı rəsmi münasibət
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda qeydiyyatı olmayan şəxslərin övladlarının I sinfə qəbul zamanı yaranan anlaşılmazlıqlara münasibət bildirib.
AA seriyalı nömrələri kimlər ala bilər? - DYP-dən açıqlama
İdarə etdiyi avtomobildə AA seriyalı nömrə nişanının olmasını bəzi sürücülər prestij hesab etsə də, buna adi yanaşanlar da az deyil.
Suriyada kimyəvi silah hücumu: 58 ölü, 215 yaralı
Suriyada rejim qüvvələri İdlib vilayətində müxalifət qüvvələrinə qarşı hava əməliyyatının gedişatında kimyəvi silahdan istifadə edib.
Rusiya Ukraynaya pul köçürmələrini məhdudlaşdırıb
Rusiya prezidenti Vladimir Putin RF-dən Ukraynaya xarici ödəniş sistemləri vasitəsilə pul köçürmələrinin qadağan olunması barədə qanun imzalayıb. Düzəlişlərin edilməsi ilə hər hansı xarici ölkə tərəfindən Rusiyanın ödəniş sistemlərini məhdudlaşdıran addımlar atılarsa, Rusiyadan bu ölkəyə pul köçürmələri ancaq Rusiya tərəfindən nəzarət olunan sistemlərlə həyata keçiriləcək.
Ərdoğan Putinə başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar başsağlığı məktubu göndərib. Başsağlığı məktubunda R.T.Ərdoğan Türkiyənin Rusiya ilə bu cür aktlara qarşı həmrəy olduğunu bəyan edib: "Bizim ölkəmiz uzun illərdir ki, terrorçuluğa qarşı mübarizə aparır. Biz qətiyyətlə bu hücumu pisləyirik".
Əmək Məcəlləsində korrupsiya dəyişikliyi
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən Əmək Məcəlləsinə də dəyişiklik nəzərdə tutulur. “Olaylar”xəbər verir ki, bu məsələ Milli Məclisin (MM) Əmək və sosial siaysət komitəsinin aprelin 4-də keçirilən iclasında müzakirə olunub. Məcəlləyə edilən dəyişiklik barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirdib ki, burada məqsəd hər hansı qurumdakı korrupsiya faktı barədə məlumat verən şəxsin hüquqlarının müdafiə olunması və onun yersiz təqiblərə məruz qalaraq, işdən çıxarılmasının qarşısının alınmasıdır.
Turistlərin sayı 12 faiz artıb
Son iki ayda Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 12 faiz artıb. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda konfrans
Aprelin 4 – də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Universitetdən “Olaylar" – a bildirilib ki, konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilib. Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunmuşdur. Ədəbiyyatşünalıq məsələlərinə müxtəlif aspektlərdən - fəlsəfi, sosioloji, tarixi, kulturoloji kontekstdən yanaşılıb.
“Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” elmi konfrans
Aprelin 4 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın konfrans zalında Memarlıq və İncəsənət İnstitutu ilə birgə “Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində müəssisələr arasında əməkdaşlıq haqqında anlaşma Memorandumunun imzalanma mərasimi təşkil olunub.
Danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək
"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin axırı Bakıda keçiriləcək". Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç deyib.
Dmitri Peskov: "Putinin səfəri zamanı şəhərdə terror hücumunun olması düşünməyə məcbur edir"
"Terror aktının Rusiya prezidentinin Sankt-Peterburqda olduğu müddətdə törədilməsi faktının özü düşünməyə məcbur edir".
Baş neonatoloq: “Əgər 1000 yeni doğulandan 10-nu itiririksə, bu, böyük nailiyyətdir”
"Son illər körpə ölümlərinin sayında azalma var". Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov bildirib ki, Azərbaycanda perinatal ölüm göstəricisi 8-10 promildir və bu hər 1000 yenidoğulmuşa 8-10 nəfərdir. Onun sözlərinə görə, bəzi keçmiş sovetölkələrdə bu göstərici 30-a çatır: “Bəzi göstəricilər var ki, ölkənin inkişaf səviyyəsinin simasıdır. Biz niyə hər dəfə vaxtından əvvəl doğulanlardan danışırıq? Çünki perinatal ölüm, ana ölümü göstəriciləri ölkənin səhiyyəsinin səviyyəsini əks etdirir və dövlətin cəmiyyətə qayğısının rəmzidir.
"Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonun Rusiya haqqında dialoquna ironiya ilə cavab verib.
8 su sayğacı oğurlayan şəxs tutulub
Bakıda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərrməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 3 evin liftlərinin əyləc dolaqlarını, habelə 8 mənzilin su sayğaclarını oğurlaması da müəyyən edilib.
Avtomobil vuran piyada yerindəcə ölüb
Sumqayıda ölümlə nəticəlnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 3-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Nurlan Əlizadə idarə etdiyi "Saipa" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramin Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.














