“Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği”  elmi konfrans

Aprelin 4 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın konfrans zalında Memarlıq və İncəsənət İnstitutu ilə birgə “Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində müəssisələr arasında əməkdaşlıq haqqında anlaşma Memorandumunun imzalanma mərasimi təşkil olunub.

Aprelin 4 - də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın konfrans zalında Memarlıq və İncəsənət İnstitutu ilə birgə "Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği" mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, konfrans çərçivəsində müəssisələr arasında əməkdaşlıq haqqında anlaşma Memorandumunun imzalanma mərasimi təşkil olunub.

Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertekin Salamzadə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğuladılar ki, milli naxışlar Azərbaycan xalqının tarixi, mədəniyyət və incəsənəti, ədəbiyyatı, memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənəti ilə bağlıdır. Mədəni turizm məhsullarının hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə ən vacib məsələlərdən biridir. Ona görə ki, naxışlar millətin genetik səviyyəsində yaranan identifikasiya kodudur.

Tədbirdə Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova "Hədiyyəlik məhsullar üzərində Azərbaycan tarixinin və mədəniyyətinin brendi - naxışlar", Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Məhbubə Əbilova "Azərbaycanın bədii sənətkarlıq nümunələri dünya muzeylərində", Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Aidə Sadıqova "Azərbaycan xalçaçılıq məktəbi ənənə və müasirlik kontekstində", Fəridə Quliyeva "Azərbaycan milli ornamentləri" adlı məruzələrlə çıxış edərək Azərbaycan milli naxışlarının formasından, texnikasından, süjetindən, rəng və kompozisiya rəngarəngliyindən, istifadə qaydalarından söhbət açmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31