Mənzildə kişi meyiti tapılıb
Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.“Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
4 Aprel 2017 17:08 SosialBakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb."Olaylar" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Əliyev Namiq Kamalpaşa oğlunun meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.Əməliyyat saat 15:48-də başa çatıb.
.