Gündəm

Tom Butçer: “Bakı Şəhər Halqasının 5 döngəsində əlavə baryerlər quraşdırlacaq”

5 Aprel 2017 14:12

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin hazırlıqları sürətlə davam edir. Çalışırıq ki, inşaat işlərini iyunun 1-nə qədər tam yekunlaşdıraq. Beynəxalq Avtomobil Federasiyasının (FİA) rəsmiləri və Formula-1 komandaları gələnədək işlər başa çatmalıdır”. Bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

“Ohanyan-Raffi-Oskanyan” bloku: Ermənistanda qeyri-legitim parlament formalaşıb

5 Aprel 2017 14:02

Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib.  Bu sözləri “Ohanyan-Raffi-Oskanyan” blokunun seçkiqabağı qərargahının rəhbəri, “İrs” partiyasının sədr müavini Armen Martirosyan jurnalistlərə açıqlamasında deyib. 

Məhkəmədə zərərçəkən şizofreniya xəstəsi olduğunu etiraf etdi - MTN işi

5 Aprel 2017 13:59

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sankt-Peterburqda 6 nəfər terror şübhəsi ilə saxlanıldı

5 Aprel 2017 13:58

Rusiyanın Sankt-Peterburq şəhərində 6 nəfər terror şübhəsi ilə saxlanılıb. Saxlanılan şəxslər Mərkəzi Asiya respublikalarının sakinləridir. Onların Peterburq metrosundakı partlayışla əlaqəli olub-olmadıqları araşdırlır.

Bakıya təyyarə taksilər işləyəcək

5 Aprel 2017 13:54

Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni Aviator aviataksilərin istismarına başlayıb. Yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

Ermənistanın Rusiyadakı səfiri milyonçu imiş

5 Aprel 2017 13:52

Ermənistanın Rusiyaya yeni təyin edilmiş səfiri Vardan Toğanyanın kifayət qədər böyük mülkiyyəti var. Rəsmi açıqlamasında üç mənzilinin, bir torpaq sahəsinin, bir BMW 730 markalı avtomobilinin və bir qarajının olduğu bildirən səfir, həmçinin 21 milyon 250 min dram, 80 min avro, 1000 dram və 256 min 325 dram səhmlərinin də olduğunu deyib.

Azərbaycan tarixinin Atabəy romanı

5 Aprel 2017 13:12

Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud olmuş, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılmışdır ki, onlardan ikisini – akademik Ziya Bünyadovun «Azərbaycan Atabəylər dövləti (1136- 1225)» monoqrafiyası ilə xalq şairi Nəriman Həsənzadənin «Atabəylər» mənzum dramını ayrıca qeyd etmək lazım gəlir. Və mən heç şübhə etmirəm ki, Yunus Oğuzun «Atabəy və xaşxaşilər» romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaq.

Millət vəkili: “Təəssüf ki, günahsız insanlar terrorun qurbanı olurlar”

5 Aprel 2017 13:06

“Terror dünyada gözə görünməz xəstəliyə çevrilib. Heç bir ölkə terrordan sığortalanmayıb. Bu, Avropada, Amerikada, Asiyada və dünyanın hər bir nöqtəsində baş verə bilər. Terrorun məqsədi terror törədilən ölkənin hakimiyyətinə və onun siyasətinə etirazın bir növü  kimi qeyd etmək olar”.  Bunu  millət vəkili Azər Badamov deyib.

Şəmkir Bilik evində Beynəlxalq Uşaq Kitabı Günü

5 Aprel 2017 13:05

Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik evinin birgə təşkilatçılığı ilə Mərkəzdə Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Əhməd Cavad adına şəhər tam orta məktəbin şagirdləri və Şəmkir şəhər 2, 4, 5, 8 saylı körpələr evi – uşaq bağçaları, Şəmkir rayon Dəllər qəsəbə 2 saylı körpələr evi – uşaq bağçası və Kids Academy körpələr evi – uşaq bağçasının körpələri iştirak ediblər.

Yağmursuz hava

5 Aprel 2017 13:03

Aprelin 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi  gündüz arabir güclənəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz  16-18° isti olacağı gözlənilir.

Rusiyada sosial şəbəkələr qadağan edilə bilər

5 Aprel 2017 12:59

Rusiyada 14 yaşına kimi uşaqlara sosial şəbəkədən istifadə edilməsi qadağan edilə bilər. Sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli olacaq.

33 yaşlı kişi evində yanaraq ölüb

5 Aprel 2017 12:54

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev yanıb. Nəticədə ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvar da yararsız hala düşüb.Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. 33 yaşlı Anar Cəfərovun yanmış meyidi içəridə aşkarlanıb.

6 yaşayış məntəqəsinin gediş-gəlişi asanlaşacaq 

5 Aprel 2017 12:53

Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri arasında İmişli rayonu, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu da var. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolunun yenidən qurulması işlərinə artıq başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür.

Təhsil naziri cənub zonasına gedəcək

5 Aprel 2017 12:52

Təhsil naziri Mikayıl Cabbarov aprelin 10-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.

Pakistanda terror

5 Aprel 2017 12:50

Pakistanın Lahor bölgəsində səhər saatlarında partlayış qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, canlı bomba əsgərlərin olduğu yerdə özünü öldürüb. Hadisə zamanı 6 əsgərin şəhid olduğu, 18 əsgərin yaralandığı bildirilir.