Tom Butçer: “Bakı Şəhər Halqasının 5 döngəsində əlavə baryerlər quraşdırlacaq”

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin hazırlıqları sürətlə davam edir. Çalışırıq ki, inşaat işlərini iyunun 1-nə qədər tam yekunlaşdıraq. Beynəxalq Avtomobil Federasiyasının (FİA) rəsmiləri və Formula-1 komandaları gələnədək işlər başa çatmalıdır”. Bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin hazırlıqları sürətlə davam edir. Çalışırıq ki, inşaat işlərini iyunun 1-nə qədər tam yekunlaşdıraq. Beynəxalq Avtomobil Federasiyasının (FİA) rəsmiləri və Formula-1 komandaları gələnədək işlər başa çatmalıdır". Bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

O qeyd edib ki, inşaat işləri əsasən yerli şirkətlər tərəfindən həyata keçirilir: "Bu, Azərbaycanda işçi qüvvəsinin şəraitinin daha da yaxşılaşdırılması və yeni təcrübələrin qazanılması üçün imkan yaradır. Sadəcə Pit binasında deyil, trekin digər hissələri, tribunaların inşasında çalışan yerli işçilərin də təcrübə və bacarıqlara yiyələnməsi təmin edilir".

T.Butçer bildirib ki, 2017-ci ildə Bakı Şəhər Halqasında heç bir konfiqurasiya dəyişikliyi olmayacaq: "Ancaq FİA bu il bizə bəzi tövsiyələr edib. Bu tövsiyələri nəzərə alaraq, Bakı Şəhər Halqasının 5 döngəsində əlavə təhlükəsizlik baryerləri, bəzi döngələrdə isə əlavə poladdan lövhələr quraşdırılacaq. Sözügedən işlər trekdə təhlükəsizliyi daha daha gücləndirmək üçün həyata keçiriləcək".

O, Formula-1 yarışına baxmaq üçün Azərbaycana gələcək turistlər və şəhər sakinlərinin böyük zövq alacaqlarını vurğulayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31