6 yaşayış məntəqəsinin gediş-gəlişi asanlaşacaq 

Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri arasında İmişli rayonu, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu da var. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolunun yenidən qurulması işlərinə artıq başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür.

Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri arasında İmişli rayonu, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu da var. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolunun yenidən qurulması işlərinə artıq başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür.

Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Hazır olan hissələrə isə asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə 2 qat olmaqla yolun 140 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub.

Uzunluğu 23 km, eni 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək.

Qeyd edək ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinin əhalisini gediş - gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişin daşıması rahatlaşacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31