Şəmkir Bilik evində Beynəlxalq Uşaq Kitabı Günü

Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik evinin birgə təşkilatçılığı ilə Mərkəzdə Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Əhməd Cavad adına şəhər tam orta məktəbin şagirdləri və Şəmkir şəhər 2, 4, 5, 8 saylı körpələr evi – uşaq bağçaları, Şəmkir rayon Dəllər qəsəbə 2 saylı körpələr evi – uşaq bağçası və Kids Academy körpələr evi – uşaq bağçasının körpələri iştirak ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik evinin birgə təşkilatçılığı ilə Mərkəzdə Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. Fonddan "Olaylar" - a bildirlib ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Əhməd Cavad adına şəhər tam orta məktəbin şagirdləri və Şəmkir şəhər 2, 4, 5, 8 saylı körpələr evi - uşaq bağçaları, Şəmkir rayon Dəllər qəsəbə 2 saylı körpələr evi - uşaq bağçası və Kids Academy körpələr evi - uşaq bağçasının körpələri iştirak ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları Arzu Həsənova, Afaq Bayramova və Şəmkir Bilik Evinin nümayəndəsi Hicran Əliyeva çıxış edərək Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə balacaları təbrik ediblər. Daha sonra tədbir uşaqların ifasında səhnəciklərin və rəqslərin nümayişi ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31