Gündəm

Musiqili Teatrda bu həftə

5 Aprel 2017 12:50

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki,  7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da “Silva” (İ. Kalman), “Düyməcik” (H.K. Andersen), “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq.

Kolumbiyada sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb

5 Aprel 2017 12:48

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.  Bundan əvvəl 273 nəfərin öldüyü bildirilirdi. Ölənlərdən 186 nəfərin kimliyi müəyyənləşdirilib. Onlardan 144-ü həddi-buluğa çatmayanlardır. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında  problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb.   Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi qlobal qarşıdurma yaratmağa səy göstərir”

5 Aprel 2017 12:45

“Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər  irəli sürürük, iri  transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir. Son illər ərzində ölkəmizdə bir sıra mötəbər mədəniyyət və idman tədbirləri keçirmişik. Hesab edirik ki, bu il ev sahibliyi edəcəyimiz növbəti mədəniyyətlərarası dialoq forumu və İslam Həmrəyliyi Oyunları da dünyada və regionumuzda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

Elçin Hüseynbəyli Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub

5 Aprel 2017 12:43

Azərbaycan Yazıçılar Birliyinin  üzvü, yazıçı, publisist və dramaturq Elçin Hüseynbəyli Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Portuqaliyada pirotexniki vasitələr istehsal edən zavodda partlayış olub

5 Aprel 2017 12:42

Portuqaliyanın Lamequ şəhərində pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.  Ölkənin daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomes bildirib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər itkin hesab edilir.

Azərbaycanda məişət zorakılığına məruz qalan kişilərin sayı açıqlandı

5 Aprel 2017 12:37

Ötən il Azərbaycanda 102 kişi məişət zorakılığına məruz qalıb. Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Sami Xedira Azərbaycanla oyunu yada saldı

5 Aprel 2017 12:35

Madriddə hətta yaxşı oynayanda da məni fitə basırdılar. Bu sözləri Almaniya yığmasının və "Yuventus"un futbolçusu Sami Xedira deyib.

Silahlı şəxs "gəlin maşını"nın qarşısın kəsdi: bəyi maşından düşürərək dizi üstə saxladı - VİDEO

5 Aprel 2017 12:34

Adanada yolu bağlayıb "gəlin maşını"nı dayandıran və bəyi avtomobildən endirərək diz çökdürüb havaya atəş açan şəxs tutulub. Dindirilmə sonrası təqsirkar sərbəst buraxılıb.  Nəzarətə alınan şəxs qonşusuna "1 aprel" zarafatı etdiyini söyləyib.

Narkotik qaçaqmalçılığının qarşısı  alınıb

5 Aprel 2017 12:30

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.

Qanunsuz qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb

5 Aprel 2017 12:30

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pekin-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən həmin şəxsin çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan – 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd qolbaq, 2 ədəd kulon və 1 ədəd üzəri qaşlarla bəzəldilmiş kulonlu boyunbağı aşkar edilib.

Serj Sarkisyan Samvel Babayandan ehtiyat edir

5 Aprel 2017 12:28

Ermənistanın prezidenti Serj Sarkisyan hakim “Respublika” partiyasının üzvlərinə “dqr”in sabiq hərbi komandanı Samvel Babayanla bağlı artıq fikirlərin söylənilməsinə qadağa qoyub. 

İŞİD polislərin evlərinə hücum etdi

5 Aprel 2017 12:26

İraqın paytaxtı Bağdadın şimalında terror hadisəsi nəticəsində 14 polisin, 12 sivil vətəndaşın  öldürüldüyü bildirilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İŞİD terror qruplaşması paytaxtın şimalında yerləşən Tikiritdə məskunlaşan polislərin evlərinə silajlı basqın ediblər. Basqın nəticəsində  40 – dan çox yaralının xəstəxanalara yerləşdirilidiyi bildirilir.

Ağ Ev Obamanı günahlandırdı

5 Aprel 2017 12:25

Ötən gün Əsəd rejimi İdlibdə havaya zəhərli qaz yayaraq 100 nəfərin ölümünə və 400 nəfərin yaralanmasına səbəb oldu. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, Ağ Ev bu qətliamda Bəşər Əsədi günahlandırıb. “Qətliamda Bəçər Əsədi qınayırıq. Və düşünürük ki, bu Obama hakimiyyətinin zəifliyinin nəticəsidi. 

AEM -dən özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə xəbərdarlıq

5 Aprel 2017 12:24

Xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur.

Aprel döyüşləri böyük qələbənin uğurlu başlanğıcıdır

5 Aprel 2017 12:21

Aprel döyüşləri erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.