AEM -dən özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə xəbərdarlıq
Xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur.
5 Aprel 2017 12:24 SosialXarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilib ki, "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları"na uyğun olaraq, yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxıla bilər.