Musiqili Teatrda bu həftə

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki,  7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da “Silva” (İ. Kalman), “Düyməcik” (H.K. Andersen), “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki,  7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da "Silva" (İ. Kalman), "Düyməcik" (H.K. Andersen), "Mənim günahım" (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), "Dəcəl çəpişlər" (O. Zülfüqarov, R. Heydər) və "Baladadaşın toy hamamı" (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq.

Qeyd edək ki, Musiqili Teatrda bu həftə  rusdilli və balaca tamaşaçılar üçün də tamaşalar nəzərdə tutulub. Belə ki, 7 aprel tarixində saat 19.00-da İ. Kalmanın "Silva" operettası böyüklər, 8 aprel tarixində saat 12.00-da H.K. Anderseninn "Düyməcik" tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər" əsəri 10 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31