Gündəm
Bu üç sözü 100 dəfə təkrar yazdı, dünyanın 3-cü ən nüfuzlu universitetinə qəbul olundu
ABŞ-ın Stanford Univeristetinə müraciət edən bir abituriyent motivasiya məktubundakı suala verdiyi maraqlı cavabla universitetə daxil olmaq şansını qazanıb.
Azərbaycan fikir, söz və məlumat azadlığına sadiqdir
Hər bir cəmiyyətdə kütləvi informasiya vasitələri, mətbuat orqanları cəmiyyətin əsas güzgüsü hesab edilir. Bu birmənalı olaraq belədir. Kütləvi informasiya vasitələri ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında baş verən prosesləri cəmiyyətə çatdırır, onun məlumatlandırmasında müstəsna rol oynayır. Elə bütün bunlardan dolayıdır ki, mətbuat hər bir ölkədə dördüncü hakimiyyət hesab edilir. Hakimiyyətin müəyyən qolları bir çox hallarda mətbuatda hesablaşmalı olur, onun araşdırıb üzə çıxardığı bu və ya digər problemlərin həllinə məhz media vasitəsilə nail olur.
Milli Şuranın sədr müavini Avropa Şurasının təşkil etdiyi plenar iclasda iştirak edib
Gənclər Təşkilatları Milli Şurası Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”-nin plenar iclasında təmsil olunub. Milli Şurasının sədr müavini Aysun Zeynalova iştirakı ilə baş tutan plenar iclasda Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak edib.
Xətai rayonunda daha bir küçə təmir edilir
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Xətai rayonu Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb.
“AzNav”- Ölkənin ilk rəsmi Naviqasiya Sistemi yaradılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir texnologiyaların tətbiqi ilə hazırlanmış “AzNav” - ölkənin ilk rəsmi Naviqasiya Sistemi əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında və marşrutun müəyyən olunmasında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.
Əmək Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 20 faizə yaxın artıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi, sosialyönümlü iqtisadi siyasətin gerçəkləşdirilməsi cari ilin birinci rübündə də sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz müsbət təsirini göstərib.
TEAS Press Azərbaycan Cümhuriyyəti tarixinə dair daha bir kitab nəşr edib
Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” adlı kitabı bu günlərdə TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatla çapdan buraxılıb. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, kitabda Azərbaycanın mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar verilir.
"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
Avropa Yayım Birliyi (AYB) sözün həqiqi mənasında Ukraynanı cəzalandırmaq niyyətindədir. Buna səbəb isə "Eurovision 2017" yarışmasında Ukraynanın Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəsinə girişinə qadağa qoymasıdır. AYB-nin baş katibi İnqrid Deltenre yarışmanı Kiyevdən alıb Berlinə vermək niyyətindədir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib
Şuranın iclasında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəsisələrinin, orta təhsil və məktəbəqədər müəsisələrin, səhiyyə, mədəniyyət, xidmət sahələrinin rəhbərləri, dini icmaların, qeyri-hökümət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Kremldən bir cümləlik Əsəd AÇIQLAMASI
Jurnalistlərin "Rusiya İdlibdəki kimyəvi hücumdan sonra Əsədə dəstək verməyə davam edəcəkmi?" sualına Kremlin sözçüsü Dmitriy Peskov bir cümlə ilə cavab verib. Peskov Bəşər Əsədlə bağlı ünvanlanan suala: "Rusiya və rus ordusu Suriya ordusu tərəfindən təşkil edilən terrorla mübarizə əməliyyatlarını dəstəkləməkdə davam edəcək" , - cavabını verib.
İstanbul konsulluğunda görüş
İstanbul valisinin müavinləri Nurullah Naci Kalkancı və İsmail Gültəkin aprelin 4-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunu ziyarət edib. Görüşdə Azərbaycanda Türkiyə arasında ortaq tarix, dil, din, eyni zamanda iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılmış, münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır. Vali müavinləri Azərbaycanın Türkiyə üçün ən güvənilən dost və qardaş ölkə olduğunu qeyd etmişlər.
Əcnəbi tələbələr Cocuq Mərcanlıda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkənin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbələr Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də iştirak etdiyi səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və Cocuq Mərcanlı kəndində törədilən vəhşiliklər haqqında ətraflı məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel əməliyyatlarında işğal altında olan Lələ Təpə yüksəkliyini azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanının yarandığı da vurğulanıb.
80 yaşlı Rəşid kişi: "Toy gecəsindən sonra gəlin..."
Türkiyədə oğurluq hadisəsi qeydə alınıb. 80 yaşlı Rəşid Dalkılıc oğurluqla bağlı polisə müraciət edib. O bildirib ki, evləndiyi qadın başına oyun açıb.
Mağazada soyğunçuluq edən aradan çıxıb
Aprelin 4-də Xətai rayonunun Ş.Mirzəyev küçəsində Bakı şəhər sakini Rüstəm Namazova məxsus mağazaya gələn naməlum şəxs soyğunçuluq yolu ilə oradan 180 manat pul götürüb "Wolkvagen" markalı avtomobildə hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobil saxlanılıb, onu idarə edən paytaxt sakini İlkin Rzayev və sərnişini Fuad Abdullayev tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.
Satıcını bıçaqla hədələyərək 600 manat pul aparan tutulub
Yasamal rayon ərazisindəki apteklərdən birində satıcını bıçaqla hədələyərək quldurluq yoli ilə oradan 600 manat pul və 150 manat dəyərində dərman preparatları aprılıb. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulub. Araşdırma aparılır.






.jpg)




.jpg)


