Gündəm

Aprel döyüşləri böyük qələbənin uğurlu başlanğıcıdır

5 Aprel 2017 16:28

Aprel döyüşləri erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil.

Almaniya hökuməti sosial şəbəkələri yalan xəbərləri silməyə məcbur edir

5 Aprel 2017 16:14

Almaniya hökuməti sosial şəbəkələri nifrəti qızışdıran və ya istifadəçiləri çaşdıran xəbərləri silməyə məcbur edən qanun layihəsini təsdiqləyib. Sənəd ölkənin Nazirlər Kabinetinin iclasında qəbul edilib və qüvvəyə minməsi üçün parlament tərəfindən dəstəklənməlidir.

May ayının qeyri-iş günləri açıqlandı

5 Aprel 2017 16:13

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ''2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən may ayında qeyri-iş günlərinin sayı açıqlanıb.

“Çoxmərtəbəli binalardaın qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var”

5 Aprel 2017 15:57

“Çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var”. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Komitə sədri: “Telekanallardakı bəzi verlişlər ailələrin dağılmasına səbəb olur”

5 Aprel 2017 15:56

“Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır. Ona görə bu sahə qanunla tənzimlənməlidir”.Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri, akademik Rafael Hüseynov deyib.

QMİ: Din xadimləri qanunsuz dini nikah bağladığı halda dövlət tərəfindən cəzalandırılır

5 Aprel 2017 15:53

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etmədiyi şəxslərin qanunsuz, eləcə də dinə zidd şəkildə nikah bağlaması əməllərinə qarşı hər zaman mübarizə aparılıb".

“Erməni lobbisi”ndən Sarkisyana TƏRS ŞİLLƏ

5 Aprel 2017 15:51

“Freedom House” təşkilatı Ermənistanın avtoritar rejimin astanasında olduğunu açıqlayıb. Təşkilatın hesabatında Ermənistanda keçirilən konstitusiya islahatlarının parlament respublikası üsul-idarəsinə keçiddən çox, Serj Sarkisyanın hakimiyyətinin uzadılmasına xidmət etdiyi qeyd olunur.

“Bizdə Rusiya raketlərindən müdafiə sistemi yoxdur”

5 Aprel 2017 15:49

“Amerika ordusunda yeni Rusiya raketlərindən müdafiə sistemi yoxdur”. Bu haqda ABŞ-ın strateji komandanlığının başçısı, general Con Hayten bildirib.

Saakaşvili: “Poroşenko məndən qorxur və...”

5 Aprel 2017 15:47

“Ukrayna prezidenti məndən qorxur və məni komandasız qoymaq istəyir”. Bunu Mariya Qaydarım Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar müşaviri təyin edilməsini şərh edən Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili feysbuk səhifəsində yazıb.

Yer təhlükədə: səmadan ölüm gəlir - VİDEO

5 Aprel 2017 15:45

Diametrinin 640 metr - 1.4 kilometr həcmi aralığında olduğu təxmin edilən meteorit Yerin təxminən 1.7 milyon kilometrliyindən keçəcək. NASA 19 apreldə nəhəng bir meteoritin dünyaya toxunaraq keçəcəyini açıqlayıb.

Putindən MDB ölkələrinə TERROR XƏBƏRDARLIĞI

5 Aprel 2017 15:41

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri ilə görüşüb. Görüş zamanı Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir: "Məhz dəqiq, razılaşdırılmış qarşılıqlı fəaliyyət, operativ və analitik məlumatlar mübadiləsi Birlik məkanında mövcud təhdidlərlə mübarizə aparmağa imkan verər".

Atatürk Liseyində aprel şəhidləri anılıb

5 Aprel 2017 15:39

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində ötən ilin aprel döyüşlərində Ermənistanın silahlı birləşmələrinin təxribatının qarşısının alınması zamanı şəhid olmuş hərbi pilot, mayor Təbriz Musazadənin və digər şəhidlərin anım mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasim iştirakçıları öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

MTRŞ sədri:  “NTV+” kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır"

5 Aprel 2017 15:37

Rusiyanın “NTV+” televiziya kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsində bildriib. O, qeyd edib ki, MTRŞ bununla bağlı məhkəməyə və aidiyyəti quruma müraciət etsə də, kanalın yayımı kabel şəbəkəsində davam etdirilir.

Azərbaycanda 32 televiziya kanalı fəaliyyət göstərir

5 Aprel 2017 15:35

"Azərbaycanda 17-si kabel, 15-i IP televiziya kanalı olmaqla, 32 televiziya kanalı fəaliyyət göstərir”. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Nərmin Dadaşova yazır... Qardaşı qızını qaçıran Qərblə Şərqin yerini bilirmi?

5 Aprel 2017 15:34

Neçə gündür  Təhsil Nazirliyi ilə girinc-giriftarıq. Valideynlər dərsliklərdən "ayə"lər paylaşırlar sosial şəbəkələrdə.  Məsələn, coğrafiya dərsliyində Comolunqmanın hündürlüyü təxminən uşaqlara belə təqdim edilib: Allahın köməkliyi ilə Comolunqma dağının hündürlüyü 8848 metrdir, inşallah. İnanmırsız Qurana baxın, orada yazılıb.