Komitə sədri: “Telekanallardakı bəzi verlişlər ailələrin dağılmasına səbəb olur”
“Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır. Ona görə bu sahə qanunla tənzimlənməlidir”.Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri, akademik Rafael Hüseynov deyib.
5 Aprel 2017 15:56 Sosial"Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır. Ona görə bu sahə qanunla tənzimlənməlidir".Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri, akademik Rafael Hüseynov deyib. Komitə sədri deyib ki, Azərbaycanda internet azaddır, amma bu, o demək deyil ki, burada sui-istifadə hallarına yol verilməlidir. R.Hüseynovun sözlərinə görə, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi tez bir zamanda qəbul edilməlidir: "Bu qanun layihəsinə ekspertlər müsbət rəy verib. Qanun 4 fəsil, 17 maddədən ibarətdir. Burada reklamın hüdudları da müəyyənləşdirilib". Komitə sədri eyni zamanda, Azərbaycan telekallarındakı vəziyyətin, onların səviyyəsinin heç də qaneedici səviyyədə olmadığını deyib: "Telekanallar ailələrə daxil olur və bəzən onların yayımladığı verilişlər, proqramlar maarifləndirmə rolunu oynamaq əvəzinə, həmin ailələrin dağılmasına gətirib çıxarır:
Ona görə hesab edirəm ki, telekanallar öz efir-proqram siyasətlərinə yenidən baxmalı və burada ciddi dəyişikliklər etməlidirlər".