Gündəm
Telekanallarda reklam olduqca aşağı səviyyədədir
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Hava limanında içərisində 4000 avro olan çanta oğurlanıb
Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində içərisində 4000 avro olan çanta oğurlanıb. "Olaylar”ın Daxili işlər Nazirliyinə istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.
Keçən il 5544 min kubmetr lay suyu utilizasiya edilib
“Azneft” İstehsalat Birliyi ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, hasilat tullantılarının idarə olunmasının təkmilləşdirilməsi, səmt qazlarının azaldılması, eləcə də lay sularının qapalı sistemdə utilizasiyasının təmin olunması istiqamətində mühüm işlər görür.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılır
«Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun inkişafının təmin olunmasıdır».
“Nərimanov” elektrik deposunda sınaq yolu salınacaq
«Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində «Nərimanov» elektrik deposuna yaxın ərazidə 8 min kvadrat metrə yaxın torpaq sahəsi metropolitenə verilib. “Bakı Metropoliteni”ndən “OLAYLAR”-a daxil olan məlumata görə, yolun ümumi uzunluğu 1060 metr olacaq.
Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcıdır
Müdafiə nazirinin tapşırığına əsasən ötən ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə hərbi vətənpərvərlik tədbirləri davam edir. Növbəti izdihamlı tədbirin ünvanı Şəmkir rayonu olub.
Zərərli dini vərdişlərə qarşı mübarizə müzakirə edfilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhərində “Zərərli dini cərəyanların milli-mənəvi dəyərlərimizə mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Azərbaycanda kabel şəbəkəsi yayımı qanunla tənzimlənəcək
Azərbaycanda kabel şəbəkəsi yayımının qanunla tənzimlənməsi nəzərdə tutulur. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Vergilər Nazirliyində struktur dəyişikliyi
Vergilər Nazirliyinin strukturunda növbəti dəyişikliklər olub. Məlumata görə, dəyişikliklər nəticəsində qurumun İnsan resursları və Maliyyə və təminat idarələri departamentə çevrilib. Bundan başqa, Maliyyə və təminat departamentiin rəhbərliyində dəyişikliklər olub. Belə ki, baş direktorun müavini postunda çalışmış Vəkil Süleymanov baş direktor təyin edilib. Bundan əvvəl baş direktor Rəhim Əfəndiyev idi. Hazırda baş direktorun müavini vəzifsi boş qalır.
Deputat teleserialları “topa tutdu”
Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva telekanalları növbəti dəfə tənqid atəşinə tutub. Deputat bildirib ki, telekanalların öz səviyyəsini artırması lazımdır və vacibdir: “Düzdür, telekanallarımız öz səviyyələrini yüksəltmək, artırmaq üçün müəyyən addımlar atırlar, ancaq bu işlər istənilən və arzuolunan səviyyədə deyil.
Türk vətəndaşları səs verə biləcəklər
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, Türkiyə qanunlarına dəyişikliklə bağlı referendum seçkiləri aprelin 9, saat 09:00 – dan 21:00 – dək səfirliyin Bakıdakı binasında keçiriləcək. Gəncə və Naxçıvanda müvəqqəti məskunlaşan türkiyəli vətəndaşlar isə həmin şəhərlərdə fəaliyyət göstərən Baş Konsulluğun binasında səs verə bilərlər.
Fransua Olland prezident İlham Əliyevə məktub yazdı
Fransa Respublikasının prezidenti Fransua Olland prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Çinin sədri prezident İlham Əliyevə təbrik məktubu göndərdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Yük qatarı avtomobillə toqquşub
Aprelin 5-də saat 03.00 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi QAZ-31-10 markalı 54-BJ-709 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Türkiyənin Azərbaycandakı səfiri AzTU-da olub
Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, səfirə universitet haqqında geniş məlumat verən rektor əvəzi AzTU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb.














