Keçən il 5544 min kubmetr lay suyu utilizasiya edilib

“Azneft” İstehsalat Birliyi ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, hasilat tullantılarının idarə olunmasının təkmilləşdirilməsi, səmt qazlarının azaldılması, eləcə də lay sularının qapalı sistemdə utilizasiyasının təmin olunması istiqamətində mühüm işlər görür.

"Azneft" İstehsalat Birliyi ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, hasilat tullantılarının idarə olunmasının təkmilləşdirilməsi, səmt qazlarının azaldılması, eləcə də lay sularının qapalı sistemdə utilizasiyasının təmin olunması istiqamətində mühüm işlər görür. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 2011-ci ildən lay sularının utilizasiyasına başlanılıb. Ötən müddət ərzində chr("39")chr("39")Bibiheybətneftchr("39")chr("39") və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində yeraltı tutumlar inşa edilib, yeni Neft Yığım Məntəqəsi istismara verilib. 2016-cı ildə Birlik üzrə 5616 min kubmetr lay suyu çıxarılıb, bunun 5544 min kubmetri, yəni 98,7 faizi utilizasiya olunub. Neft və qazçıxarma idarələrində orta hesabla gündəlik formalaşan 15 min kubmetr lay suyu 139 utilizasiya quyusuna vurulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31