Zərərli dini vərdişlərə qarşı mübarizə müzakirə edfilib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhərində “Zərərli dini cərəyanların milli-mənəvi dəyərlərimizə mənfi təsirləri” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhərində "Zərərli dini cərəyanların milli-mənəvi dəyərlərimizə mənfi təsirləri" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev tədbirin əhəmiyyətindən danışaraq, zərərli dini cərəyanların milli-mənəvi dəyərlərimizə göstərdiyi mənfi təsirlərdən bəhs edib. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması, dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin sifarişi ilə hazırlanmış "Fitnə" sənədli filmi nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31