“Çoxmərtəbəli binalardaın qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var”

“Çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var”. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var". Bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, belə hallar xeyli saydadır:"Dəfələrlə bu məsələni qaldırmışıq. "Kabel şəbəkəsi yayımı" haqqında yeni hazırlanan qanun layihəsi əsasında buna qarşı mübarizə aparmaq istəyirik. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyə müraciət etmişik, amma nəticə yoxdur. Bizim də ayrı-ayrılıqda hər bir evə girmək səlahiyyətimiz yoxdur. Amma bu qurumlar bu işin öhdəsindən gələ bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31