Milli Şuranın sədr müavini Avropa Şurasının təşkil etdiyi plenar iclasda iştirak edib 

Gənclər Təşkilatları Milli Şurası Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”-nin plenar iclasında təmsil olunub. Milli Şurasının sədr müavini Aysun Zeynalova iştirakı ilə baş tutan plenar iclasda Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak edib.

Gənclər Təşkilatları Milli Şurası Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən "Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi"-nin plenar iclasında təmsil olunub. Milli Şurasının sədr müavini Aysun Zeynalova iştirakı ilə baş tutan plenar iclasda Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda "Gənc təmsilçilər" təmsil etdiyi ölkələrdə və Avropada qarşılaşdıqları məsələləri gündəmə gətiriblər. Milli Şuranın sədr müavini iclasda gənclərin özünü idarəetmə mexanizmlərin yaradılması və gücləndirməsi ilə bağlı gənclərin yerli səviyyədə iştirakının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31